Son günlər ölkə mətbuatında Ağcabədi RTŞ-də baş verən xoşagəlməz hadisələrlə bağlı çeşidli məlumatlar ötürülür.

OperativXeber.az bildirir ki, Ağcabədi RTŞ-nin müdiri Solmaz Rəhimova vəzifə səlahiyyətindən sui istifadə edərək bir neçə qanunsuzluqlara imza atıdığı da həmin məlumatlar sırasında yer alır.

OperativXeber.az bildirir ki, bu əsnada Dosye.org-un əldə etdiyi məlumarlarına əsasən, fizika müəlliməsini Poladlı kənd orta məktəbindən 7 saylı şəhər məktəbinə, daha bir fizika müəlliməsini Ağabəyli ümumi orta məktəbdən 3 saylı şəhər məktəbinə, İngilis dili müəlliməsini şəhər 12 saylı məktəbdən 3 saylı məktəbə “transfer” edib. İddia edilir ki, daxili yerdəyişmələr hər bir müəlliməyə 3000 manata başa gəlib. Sonolay.org olaraq qeyd etməliyik ki, bu məlumatların nə qədər doğru olub-olmadığını deyə bilmərik, ancaq əminik ki, bu məlumatın mediaya sızdırılması heç də təsadüfi deyil.

Məlumdur ki, qanunvericiliklə nəzərdə tutulmuş qayda da, Təhsil nazirliyinin müvafiq təlimatına əsasən daxili yerdəyişmələr müsabiqə əsasında həyata keçirilir. Görünür, Ağcabədi RİH başçısı Şahin Məmmədov təhsil sahəsindən də gəlir əldə etmək marağındadır. Əks təqdirdə, baş verən qanun pozuntuları araşdırılmalı və hüquqi qiymət verilməlidir. S. Rəhimova icra başçısını bərk qəzəbləndirib. Bu barədə növbəti yazılarımızda geniş məlumat veriləcək.

Adının hallanmağını istəməyən mənbə(artıq o məndənin adı bizə bəllidir “Sonolay.org”-red) əlavə edir ki, 11-ci sinif şagirdi ailə həyatı qurduğu üçün 2017-ci il fevral ayında 1 saylı orta məktəbdən azad edilib. Lakin Solmaz Rəhimova şagirdin valideyindən 1500 manat alaraq rayonun Qaradolaq kənd 1 saylı orta məktəbin direktoru ilə cinayətə girərək 04.04.2017 ci il tarixində qeyd edilən məktəbə bərpa etdirib. Rayondan verilən məlumatlara inansaq Bakı şəhərində yaşayan şagird imtaha buraxılıb və ateistat alıb. S. Rəhimovanın qanunsuz əməlləri bununla bitmir.

Saytın yazdığına görə, buraxılış imtahanlarında dövlət imtahan mərkəzinin nümayindələri imtahanın gedişi zamanı bir şagirdin əvəzinə digər şagirdin imtahan veridiyini aşkarlayıb. Nəzərinizə çatdıraq ki, həmən şagirdlərin sayı 13 nəfərdən artıq olduğu bildirilir. 12 şagird isə S. Rəhimovanın direktor olduğu 5 saylı məktəbin şagirdləridir.

Bu xüsusda sayta məlumat ötürən mənbə bildirir ki, təhsil şöbəsinin müdiri Solmaz Rəhimova bu işləri tək başına etmir. Ona bu işlərdə dəstək verən, icra başçının hümanitar məsələləri üzrə müavini Naibə xanımdır.

Sonda sayt qeyd edir ki, məsələ ilə bağlı Ağcabədi RTŞ-nin müdiri Solmaz Rəhimova ilə telefon əlaqəsi yaradıb. Lakin qarşı tərəf ittihamlara aydınlıq gətirmək əvəzinə onları DTX və Baş Prokurorluğa verəcəyi ilə hədələyib.(regionaz.tv)

Paylaş