Keçən il AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevin oğlu Emin Quliyev DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunub.

Bu barədə QAFQAZXEBER.AZ-a zərərçəkmiş Elçin Şahid oğlu Qocayev məlumat verib.

“QAFQAZ XƏBƏR AGENTLİYİ”nə müraciət edən E.Qocayev bildirib ki, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri Emin Quliyev bir ay əvvəl ondan 14.000 ABŞ dolları alaraq, Londonda təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Lakin Emin Quliyev ona nə vəd etdiyi xidmətləri göstərib, nə də ondan aldığı pulu indiyə kimi qaytarmayıb.

“İyulun 11-də biz Emin Quliyevlə onun ofisində görüşdük. O, iyulun 14-nə qədər mənim pulumu qaytaracağına dair “dilindən kağız” imzaladı. Həmin iltizamda Emin Quliyev yazmışdı ki, iyulun 14-dək pulu geri qaytarmasa, dələduzluq etdiyinə dair cinayət məsuliyyətinə cəlb olunacağını dərk edir.

İyulun 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən mənə zəng gəldi. Öyrəndim ki, N.Ə.Nəsirova adlı vətəndaşın şikayətinə əsasən ona qarşı dələduzluq etmiş Emin Vaqif oğlu Quliyev MCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. MCMİ-nin istintaq şöbəsinin rəis müavini Fikrət Quliyev mənim problemimlə maraqlandı və mənə də şikayət etməyi təklif etdi. İstintaqda üzləşdirmə zamanı, Emin Quliyev mənim 14.000 dollar pulumu dələduzluq yolu ilə mənimsədiyini etiraf etdi. Lakin mənə Emin Quliyevin həbs edilməsindən çox, pulumun təcili qaytarılması maraqlı idi, çünki təhsilimin dalınca Londona getməliyəm. Ona görə də mən, Eminin atası Vaqif Quliyevin Bakı şəhəri, Azadlıq prospektində olan mənzilinə gedərək, onunla danışmağa cəhd edib xahiş etdim ki, oğlunun mənə vurduğu zərəri ödəsin, çünki xaricdə təhsilim üçün vaxt itirirəm. Lakin Vaqif Quliyev mənə dedi ki, “Emin bilər, sən bilərsən, get pulunu ondan istə”.

Vaqif Quliyev mənimlə çox arxayın və laqeyd danışırdı. Emin mənə atasının bir neçə yerdə mənzilinin, hətta Londonda da evinin olması barədə bildirmişdi. Vaqif Quliyevin bu arxayın və laqeyd davranışını görəndən sonra, mən də gedib MCMİ-də şikayət ərizəsi yazdım”, – deyə E.Qocayev QAFQAZXEBER.AZ-a bildirib.

365info.az saytının redaksiyasına daxil olan məlumata görə, Emin Quliyev bir neçə zərərçəkmişlərdən başqa, əsas aldatdığı şəxs Penitensiar xidmətinin rəisi general-mayor Ceyhun Həsənovdur. Və Emin Quliyevin hüquq mühafizə orqanları tərəfindən həbs olunmasının da əsas təşəbbüskarı Ceyhun Həsənov özü olub. Yoxsa reallıqda zərərçəkmişlərin sırasında əgər Ceyhun Həsənovun adı olmasaydı, digər zərərçəkmişlərin şikayət ərizələrinə birmənalı olaraq cavab veriləcəkdir ki: “toplanmış materialda cinayət hadisəsinin tərkibi olmadığı üçün, mülki qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır”.

Bundan əlavə, məlumata görə Emin Quliyev “birgə biznes qurmaq” adı ilə general Ceyhun Həsənovun 4 milyon manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Ancaq Emin Quliyev cinayət məsuliyyətinə cəlb olunandan sonra, onun atası alim Vaqif Quliyev Ceyhun Həsənovla razılaşaraq generala 4 milyon pulun əvəzində 6 milyon manat dəyərində mülk verdiyi bildirilir.

Araşdırmamız davam edir…

Mövzu ilə əlaqədar müraciət edən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

KORRUPSIYA.AZ

Paylaş