Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı bəzi məmurlar tərəfindən verilir”

Hökumətin onlayn media quruluşlarından biri – “Avropa.info” saytı sözün əsl mənasında sensasiyalı bir iddia ilə çıxış edib.

“AzPolitika.info”nun məlumatına görə, saytın 15 avqust tarixli sayında dərc olunmuş “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?”sərlövhəli yazıda iddia olunub ki, AXCP sədri Əli Kərimlinin əsas maliyyə mənbəyi Prezident Administrasiyasında əyləşib!

Yazıda öncə AXCP sədrinin ailəsinin Londonda yaşamasına, övladlarının burda bahalı məktəblərdə oxumasına diqqət çəkilir, “bu pullar hardandır”, deyə sual edilir və ardınca “milyonlarla hesablanan” bu pulların mənbəyi göstərilir. Müəllif qeyd edir ki, əvvəllər AXCP sədri ləğv olunmuş MTN tərəfindən maliyyələşdirilib. Lakin MTN AXCP sədrinin hökumət daxilindəki yeganə maliyyə mənbəyi olmayıb.

20170817_124037-1_resized

Sitat: “Lakin qaraguruhun “sönməz günəş”inin alış-verişi bununla da bitmir. Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı (PA) bəzi məmurlar tərəfindən verilir. Kərimlinin Prezident Administrasiyası tərəfindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməsi və bunun müqabilində yüksək “qonorar” alması barədə məlumatlar mövcuddur. Avropa.infoya daxil olan təkzibolunmaz məlumatlara görə qaraguruhun “yeganə lideri” bu gün də Prezident Administrasiyasında əyləşən bəzi şəxslər tərəfindən maliyyələşdirilir və instruktaj edilir. Söhbət heç də dövlət və dövlətçilik prizmasından getmir. Axı Kərimli belə işlərdə olduqca yarıtmazdır. Dövlət və dövlətçilik anlayışları qaraguruhun “sönməz günəş”i uçun yad anlayışlardır.

Söhbət Kərimlidən “su bulandırmaq”, şantaj vasitəsi, hakimiyyət daxilindəki rəqiblərə hücum məqsədli istifadədən gedir. Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin PA-nin bəzi işçilərinin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək…”

İcazənizlə, sual edək: NƏ BAŞ VERİR? Bu ağır ittihamlar Prezident Administrasiyasında kim(lər)ə qarşı yönəlib? Həqiqətənmi PA-dan kimlərsə Əli Kərimliyə pul buraxır? Bu ittihamları hakim komandada böyük “təmizləmənin” anonsu hesab etmək olarmı?

Gözləyək…

Paylaş