Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Axar.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, artıq məsələ araşdırılır, araşdırmanın nəticələri ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova məktəbdəki özbaşınalıqla bağlı şikayət məktubu haqda danışmaq əvəzinə jurnalisti ağır ifadələrlə təhqir edib.

Paylaş