Ukrayna Azərbaycanlıları Konqresinin keçmiş sədri Oktay Əfəndiyev Ukraynadakı Azərbaycan diasporunu parcalamağa və nifuzdan salmağa çalışır.

Qeyd edək ki, 2002-ci ildə Kiyev şəhər Meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılan bina sonradan Oktay Əfəndiyev tərəfindən satılıb.

Sözügedən bina Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün ayrılıb. Həmin vaxt işlərə rəhbərlik edən Oqtay Əfəndiyev adlı diaspor nümayəndəsi binanın hansı təyinat üzrə ayrılmasını hamıdan gizli saxlayıb.
Bildirilir ki, sözügedən binanın verilməsinin zəruri olması ilə bağlı məsələni mərhum prezident Heydər Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma qarşısında qaldırıb. Kuçma isə öz növbəsində Kiyev şəhərinin həmin zamankı meri Omelçenkoya bu məsələnin tez bir zamanda həll edilməsinə dair tapşırıq verib. Nəticədə, Kiyevin ən gözəl yerlərindən birində bu məqsəd üçün 418 kvadratlıq 2 mərtəbəli bina ayrılıb. Lakin bir müddət sonra Azərbaycan diasporunun ehtiyacları üçün ayırılan 2 mərtəbəli bina 2005 ci ildə başqa bir firmanın adına keçirilib və sonradan onun yerində tamamilə başqa təyinatlı 4 mərtəbəli ofis inşa edilib.
Ukrayna Azərbaycanlıları Konqresinə ayrılmış binanın 2005-ci ildə başqa bir firmanın adına keçirilərək satilması məsələsi mətbuatda və sosial şəbəkələrdə müzakirə obyekti olub.

Ukraynadakə həmvətənlərimiz Konqresə ayrılmış Azərbaycan Mədəniyyət Mərkəzinin geri qaytarılması üçün müvafiq orqanlara yazılı müraciət göndərib.

Ən maraqlısı isə budur ki, binanın satılmasında ən çox adı hallanan Oqtay Əfəndiyev adlı şəxs həmvətənlərimiz Konqreslə bağlı səsləndirdiyi fikirıərdən sonra bun məsələyə münasibət bildirən şəxslərə hədə qorxu gələrək fikirıərindən daşındırmağa çalışıb.

Bizim onunla əlaqə saxlayıb məsələyə münasibət öyrənmək cəhdlərimiz isə boşa çıxdı. Oqtay Əfəndiyevə yaxən olar şəxsıərin bildirdiyinə görə jurnalistlərdən daima məsafə saxlamağı xoşlayan adamdır. Əslən Qax rayonundan olan və hazırda Ukraynada böyük tikinti biznesilə məşğul olan Oqtay Əfəndiyev bu mövzuda mətbuatın suallarından yayınmağa çalışsa da, ara sıra bu mövzuya münasibət bildirən şəxsləri və media nümayəndələrini gizli yollarla və bir ildən çoxdur özünü Oktay Əfəndiyevin yazan əli kimi təqdim edən Nailə Məmmədli adlı qadın vasitəsi ilə hədə qorxu gəlir. Oktay Əfəndiyev özünü kriminal mafiya babası kimi göstərməyə çalışsada hansısa qurumlar qarşısında Kiyevin mərkəzindəki binanın acı taleyilə bağlı suallara və etdiyi qanunsuz əməllərı görə cavab verməli olacaq.

DAVAMI OLACAQ…

DİASPOR.AZ

Paylaş