Sentyabrın 1-dən etibarən Lider TV-nin texniki heyəti kütləvi şəkildə işdən çıxıb.

Korrupsiya.az xəbər verir ki,Vizual.Az-ın məlumatına görə, buna səbəb işçilərin bir neçə aydır maaşlarını ala bilməməsi olub.

Belə ki, kanalda yeni mövsüm start götürsə də, texniki heyətin işdən çıxmasına görə bəzi verilişlərin hətta efirə gedib-getməməsi sual altında qalıb.

Qeyd edək ki, bir müddətdir mediada TV əməkdaşlarının aylardır maaş ala bilməməsi, bəzi tanınmış simaların kanaldan getməsi barədə xəbərlər yayılıb. Xəbərlərdə televiziyanın reklam gəlirləri və sponsorlarında azalmanın müşahidə olunmadığı, lakin buna baxmayaraq əməkdaşların maaşlarının verilmədiyi qeyd edilib.

Paylaş