Bərdə icra hakimiyyətində şok olay yaşanıb.

Belə ki, icra başçısı Vidadi İsayev tədbirlərin birində baş redaktoru biabırçı formada danlayıb. Əslində, başçı böyük yanlışlığa yol verib.

OperativXeber.az redaksiyaya ünvanlanan məktubu ixtiyarınıza verir:

Hormetli redaksiya, bu gunlrədə Bərdə rayonunda pambiqçılığın vəziyyəti ilə əlaqədar rayon fəallarının iştiraki ilə müşavirə keçirilmişdr. Baxmayaraq pambiq yıgimı mövsümü yarıdan adlayıb hələ həmin tarixə (19.09.2017) rayon üzrə 59 ton pambıq tədarük edilmişdir. Müşavirəyə yenə adəti üzrə kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorlari, idarə və müəssisə rəhbərləri dəvət olunmuşdur.

Iclası giriş sözü ilə açan icra başcısı Vidadi Isayev pambiqçılıqdan anlayışı olmadığı üçün ümumi sozlərlə respublikada cərəyan edən ictimai siyasi proseslərdən gen bol danişaraq Bərdə rayonunda agac əkilməsindən, cəkil agaclarının budanmasindan və quruculuq abadliq işlərindən danışaraq qeyd etmişdir ki, Bərdə şəhərinin küçələrində görkəmini dəyişmiş, təmizlik işləri muntəzəm davam etdirilir. O, giriş nitqini bitirdikdən sonra bir neçə nəfərə söz vərərək bildirmişdirki heç kimi tərifləməyə ehtiyac yoxdur, işin mahiyyəti üzrə görülmüş və görüləcək işlərdən danışın.

Həmin insanlarda adəti üzrə əvvəlcə icra başcısını rayonda gördüyü quruculuq abadlıq işlərini tərifləyərək öz sədaqətliklərini başçıya bir daha bildirmişlər. Ən maraqlı məqam isə iclasın sonunda baş verdi. Icra başçısı rayon qəzetinin redaktorunu qaldıraraq onu kənd təsərrüfatı idarəsinin rəisi Vuqar Ismayilov bilərək danlamaga,hətta heç bir etik normalari gözləməyərək özünden 5-6 yaş böyük olan bir insanı nalayiq sözlərlə təhqirdə etdi və başladıkı kəndlərdə olmursan, kəndləri tanimirsan, əkin sahələrində nə əkildiyindən xəbərin yoxdur.

Redaktorda öz nöbvbəsində bildirmək isdəyib ki , mən Vuqar deyiləm. Vidadi İsayev isə ona imkan vermir sozunu desin. Hətta başçının yaninda oturan şura üzvləri istədilər başa salsinlar, ancaq necə qızışmışdısa heç kimə məhəl qoymurdu. Əslində düz deyirdi . Kənd təsərrüfatı idarəsinin rəisi rayonun kənd təsərrüfatindan anlayışı sıfır qədərdi. Onun rayon təsərrüfatindan ümumiyyətlə xəbəri yoxdur.

Rayonda bir gündə olsun təsərrüfat sahəsində işləməyib. Rayonun necə kəndi və kəndlərin haralarda yerləşməsindən belə xəbəri yoxdur . O işlədiyi sahə Meşə təsərrüfatı sahəsi olub ki, o da az bir vaxtı əhatə edir. Qısa bir zaman keşiyində Oguz rayon Meşə təsərrüfatında işləyərkən nadir meşə agaclarını kəsib satdıarkən yaxalanmış, barəsində cinayət işi qaldırıldıgına görə tutdugu vəzifədən qovulmuşdur. Sonradan Bərdəyə gələrək Vidadi Isayevlə dil taparaq yaşıllaşdırma işində çalışmışdır.

Ən sonda isə Rayon kənd təsərrüfatı idarələri yaradılarkən hansı quvvə və gucun hesabinasa nəhəng bir Aqrar rayon olan Bərdə rayonuna kənd təsərrüfatı Idarəsinin rəisi vəsifəsinə otuzdurulmuşdur. Bunun nəticəsidir ki, sentyabr ayi başa catmaq üzrə olsada Bərdə rayonu pambiq yıgımı və tədarükünə görə respublikada son yerlərdən birini tutur. Iclasın sonunda başcı başa duşur ki, qaldırıb danladıgı kənd təsərrüfatı idarəsinin rəisi deyil və bildirib ki, eybi yox buda bir yumordur . Dediyim iradlar kənd təsərrüfatəı idarəsinin rəisinə aiddir.

Indi deyin, belə rəhbər işçilərlə hansı müsbət göstericilərə nail olmaq olar.(Dosye.org)

Paylaş