Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlham Məmmədovun oğlu Nicat Məmmədov jurnalisti yaydığı tənqidi materiala görə ölümlə təhdid edir

Palitika.Az-ın baş redaktoru Xəyyam Salmanzadənin Feysbuk profilinə hədə dolu məktub yazan N.Məmmədov jurnalisti xəbərdar edib.

Onun nəzərinə çatdırıb ki, məqalədəki tənqidi fikirlərə görə atasının başına bir iş gəlsə, onu dünyanın harasında olursa-olsun, yerini təsbit edib cəzalandıracaq.

Sözügedən yazıda isə icra başçısının müavini haqda detallı iddialar, əməlləri, oğlunun oliqarx həyatı, törətdiyi cinayətlərə rəğmən azadlıqda gəzməsi və s. ittihamlar yer alıb.

İ.Məmmədov və oğlu məqalədəki iddialara münasibət bildirmək, təkzib etmək əvəzinə hədə-qorxu yolunu seçiblər.

Məmur oğlu jurnalistə təhdidlər yağdıraraq onu nəinki Bakıda, hətta İsrailə getsə tapıb başına oyun açacağını yazıb.

X.Salmanzadənin sözlərinə görə, təhlükəsizliyinin təmin olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır. Jurnalist məmur və oğlunun tutduğu mövqeni absurd hesab edir.

Azərbaycanda indiyə qədər məmurların nöqsanları və fəaliyyəti haqda tənqidi yazıların tirajlanmasından sonra başlarına bir iş gəlməsi praktikası və ya presedenti yoxdur. Ən pis halda ittihamlar təftiş olunur və məmur barəsində ölçü götürülür.

Prezident İlham Əliyev də bəyan edib ki, jurnalistlər onun köməkçiləridir, məmurların özbaşınalıqları haqda araşdırma aparmaqla ona yardım etmiş olurlar.

  Bərdə RİH-də müavin vəzifəsi tutan İ.Məmmədov isə şəffaf fəaliyyət göstərmək, oğlunun harın və dəbdəbəli həyatını ört-basdır etmək əvəzinə Nicata şərait yaradır ki, jurnalisti təhdid eləsin.

Halbuki, prezident məmur və övladlarına özlərini sadə aparmağı, kimsəyə hədə-qorxu gəlməməyi əmr edib.

Başçı müavinini oğlu isə zəngin həyat tərzini sosial şəbəkələrdə reklam edir, restoranlardan fotolar paylaşır, maşın kolleksiyalarını gözə soxur.

Unudur ki, bu ölkədə 1 milyon məcburi köçkün, şəhid ailələri, aztəminatlı insanlar yaşayır. Onlar məmur balasının harınlamış hərəkətlərini, qudurğan həyatını gördükdə cəmiyyətdə sosial bərabərsizlik, uçurum, gərginlik yaranır.

İ.Məmmədov isə onun törətdiyi cinayətləri ört-basdır edib həbsdən qorumağı azmış kimi, əl-qol açıb kefinin istədiyini etməyə imkan yaradır.
Dövlət başçısının göstərişlərindən kənara çıxan Məmmədovlar deyəsən, özlərini “yeni respublika” sayırlar.

X.Salmanzadəni təhdid edən məmur oğlunun bu əməli həm də cinayət məsuliyyəti yaradır.

Mətbuat nümayəndəsini tənqidi materiala görə hədələmək, heç bir təhqir və aşağılayıcı nüans olmayan məqalə ilə əlaqədar xox gəlmək artıq məmur oğlunun qoçuluq eləmək niyyətindən xəbər verir.

Jurnalist isə prezidentin köməkçisini təhdid edən məmur oğlunun nəzərinə çatdırır ki, indiyə kimi çox məmurlar bu yolu tutublar və uğursuzluğa düçar olublar.

Qeyd edək ki, Bərdə və ətraf rayonlarda bahalı restoranlarda dəbdəbəli məclislər quran, xoşbəxt həyat yaşayan başçı müavininin oğlu atasına arxayın olub.

Çünki dəfələrlə İ.Məmmədov övladının cinayətlərini ört-basdır edib və həbsdən xilas edib. Bu arxayınçılıq da onu təvazökarlıqdan kənara həyat yaşamağa gətirib çıxarıb.

Bərdə RİH-də müavin vəzifəsini daşıyan İ.Məmmədovun övladları prezidentin xəbərdarlıqlarına qarşı gələrək harınlıq edir, bahalı avtomobillərdə gəzir, gününü kef-damaqda, əyləncələrdə, bahalı restoranlarda və çay evlərində keçirir.

Ölkə rəhbəri cənab İlham Əliyevin 12 fevral 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində keçirilən “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən konfransdakı çıxışında demişdi:

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə.
Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq.
Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”

P.S. Bərdədə əhali iki qrupa bölünür:

1) Övladına iki manata dönər ala bilməyib xəcalət çəkən ata;
2) Övladına gündəlik 200 manat xərcləyən ata…

Aylıq əməkhaqqısı 1000 manat olmayan məmurun keyf həyatından olan fotolardan bir qismini diqqətinizə çatdırırıq:

“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”
“Başına oyun açacam...”

Paylaş