Zakir Fərəcovun əməllərinə etiraz edənləri Müqayis Verdiyevin taleyi gözləyir

Sumqayıt şəhərində son illər baş verən məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri insanların sosial durumunu ağırlaşdırıb. Şəhərin hüquq mühafizə orqanları, məhkəmə sistemi bir məmurun sifarişlərini icra edən özəl təşkilatalara çevriliblər.
Qanunların işləmədiyi şəhərdə sahibkarlar, iş adamları hədələnir. Zakir Fərəcov Sumqayıta cəlb edib tikinti işlərini tapşırdığı vətəndaşlar sonradan haqsızlıqla üzləşirlər. İcra başçısı işlər bitəndən sonra iş adamlarına olan borcunu qaytarmaqdan imtina edir və polisin əliylə işgəncələrə məruz qoyur. Sumqayıt polisində rəis müavini Hikmət Qasımov kimilərin əli ilə ən ağır işgəncələrə və təhqirlərə məruz qalan insanlar çarəsiz durumda susmağa məhkum edlilirlər. Polis rəisinin müavini Sumqayıtda şərləyərək həbs etdiyi vətəndaşlardan istədiyini almaqdan çəkinmir. Məhz bu rüşvətlə Hacıqabul rayonunda böyük ferma tikdirən Hikmət Qasımovun qanunsuz əməllərininn qarşısını alan yoxdur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Hələ Sumqayıta icra başçısı təyin olunmazdan öncə Abşerion rayonunu qarış – qarış satan Zakir Fərəcov etiraz edənləri keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun cinayətkar şəbəkəsinin öndə gedən ismi Akif Çovdarovun əli ilə susdururdu. İndi həbsdə olan Akif Çovdarova Abşeronda torpaq sahələri və obyektlər hədiyyi edən Fərəcov ədalət məhkəməsində mühakimə olunmur. Cinayətkar şəbəkə ilə əlbir olub iş adamlarını işgəncələrə məruz qoyan bir məmur indi eyni üsulla fəaliyyətini davam etdirir. Sumqayıt polisi şərləyir, şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov və onun pul yığanı İlyas Mahmudov həbsə qərar verir.

Ölkə başçısının tapşırıqlarına məhəl qoymayan Zakir Fərəcovun növbəti özbaşınalığı hamını narahat edir. Sumqayıt şəhər Dənizkənarı Bulvarının yenidən qurulması üçün iş adamlarının xərclədiyi pulları icra başçısı qaytarmaq istəmir. Onlarla sahibkar Fərəcovun hədləri ilə üzləşiblər. Haqqını tələb edən vətəndaşlar Dövlətin rəsmi qurumlarına müraciət etdikcə hədələr çoxalmaqdadır. Zakir Fərəcov iş adamlarından aldığı pulu mənimsəməklə onları çarəsiz durumda buraxıb. Müavinləri vasitəsilə onlara – sizin hamınızı tutduracağam. Məndən yazan İkramın da axırına çıxacağam- deyən bu məmurun əməlləri çoxdan əndazəni aşıb. Dövləti cinayətlər törədən şəxslərlə əlbir olub ölkənin varını talayan Fərəcovların bir gün zindanda bağırtılarına şahid olacağımıza əminik.

Sumqayıtda milyonlarla vəsaitini xərcləyən və hazırda icra başçısından pulunu ala bilməyən iş adamları bir neçə gün öncə Prezident Aparatının qarşısında toplaşıblar. Onlar yüksək çinli məmurun qəbulunda olub icra başçısının qanunsuz əməllərindən şikayətçi olduqlarını bildiriblər. Qəbuldan çıxandan sonra Zakir Fərəcovun növbəti hədəsi ilə üzləşən iş adamlarının həyatı indi təhlükədədir. Burda qaranlıq bir məsələ yoxdur. Ermənilərlə işbirliyində olan Vaqifə, PKK ya yardım edən Aqilə, MTN padvallarında insanları zorlayan akiflərə yardım edən Zakir Fərəcovun hər çirkin əmələ imza atacağına şübhə yoxdur. Necə ki, iş adamı Müqayis Verdiyev kimi…

Zakir Fərəcovun hədələrini iş adamlarına çatdıran şəxs Adil Xudadatovdur. Bu şəxs Abşeron rayonunda işlədiyi vaxtlarda Fəırəcov tərəfindən həbs edilmişdi. Lakin hamıya məlum olan tələb yerinə yetirildikdən sonra Zakir Fərəcov onu həbsdən azad edib Sumqayıta yanına apardı. Adil Xudadatovu şəhər icra hakimiyyəti Memarlıq Şöbəsində vəzifə sahibi edən icra başçısı Sumqayıtda tikinti işlərindən alınan haqq – hesabı da ona tapşırdı. Sual oluna bilər səbəb nədir? Necə olur ki, vəzifədən çıxarılaraq zindana salınan Adil bir müddət sonra azad edilir və daha yüksək vəzifəyə təyin olunur? Zakir Fərəcov və Sumqayıt camaatı yaxşı bilir ki, Adil icra başçısının nifrət etdiyi şəxslərdən biridir. Və onun vəzifəyə gətirilməsi şəxsi keyfiyyətləri ilə bağlı məsələ deyil. Lakin Adil müəllimin yaxın qohumu icra başçısı üçün çox dəyərli olduğundan o belə qərar qəbul etmək zorunda qalıb. Abşeronda həmin adını çəkmək istəmədiyim “dəyərli qohum” Zakir Fərəcovla əlaqələri kəsməyə qərar verdiyi üçün Adil Xudadatov cəzalandırıldı. Lakin sonradan istiləşən münasibət Adilin mükafatlandırılmasına səbəb oldu. Bu barədə ətraflı növbəti yazılarımlızda məlumat verəcəyik.

Yuxarıda qeyd etdiyim kimi, Müqayis Verdiyevin taleyini yaşamaq təhlükəsi ilə üzləşən sahibkarlar Sumqayıtdan didərgin salınıb. İş adamları icra başçısının qəzəbinə tuş gəlməmək üçün müraciətlərinə davam edirlər. Lakin Zakir Fərəcovun özbaşınalığına biganə münasibət yaranmış təhlükənin gerçəkləşəcəyinə zəmin yaradır. Cənab Prezidentin açılışını etdiyi Bulvara ayrılan vəsaitləri mənimsəyən icra başçısı iş adamlarını aldadaraq xərclətdiyi pulları qaytarmaq istəmir.

Zakir Fərəcovun Abşerondakı qohumları da insanları narazı salmaqda davam edirlər. Abşeron icra hakimiyyətində Fərəcovlar “at oynadır”. İcra başçısının birinci müavini Məhəmməd Həsənov Zakir Fərəcovun bacısı oğlu, şöbə müdiri Sərviz Süleymanov qaynı və digər vəzifəlilər yaxın qohumlarıdır. Rayonun idarə və təşkilatları Fərəcovun bacısı oğlunun qanunsuz tələblərindən iflic duruma düşüb. Abşeron torpaqlarının satışına qərar Sumqayıtdan gəlir. Kimsə Fərəcovlardan izinsiz ev tikə bilməz. Kim ev tikmək istəyirsə Məhəmməd Həsənovun “hörmətini” etməlidir. Abşeronda yerləşən daş karxanalarına nəzarət Fərəcovun qaynına məxsusdur. Sərviz Süleymanov Sumqayıt merinin qanunsuz gəlirlərinə biləvasitə məsul şəxsdir. Qəpiyə-qəpik yığılan pullar, alınan rüşvət Sumqayıta göndərilir və ordan adıçəkilən Abşeron qoçularına “paket verilir”. Abşeronun hər yerindən pul çıxarmağa çalışan Fərəcovların özbaşınalığı bunlarla bitmir. Daha ətraflı məlumatı yaxın günlərdə Realliq.info saytında oxuya bilərsiniz.

Müqayis Verdiyev kimi haqqını tələb edən iş adamlarının müraciətlərinə müsbət cavab verilməməsi haqlı narahatçılıq yaradır. Müqayis Verdiyevə dəymiş milyonlarla ziyanı ödəməmək üçün və onun səsini boğmaq üçün şərləyən Zakir Fərəcovun digərlərinə qarşı eyni əməli törədəcəyinə şübhə yoxdur. Bu səbəbdən İş adamları ölkə başçısından və baş prokurordan kömək istəyirlər.

Müqayiş Verdiyevdən başqa Realliq.info zərərçəkmiş və hədələrlə üz-üzə qalan 12 iş adamının adlarını və xərclədikləri vəsaiti bir daha təqdim edir:

Aydın Abdullayev -119532 manat

İsa Qasımov -136500 manat

Eyvaz Abbasov – 201600 manat

Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )

Çingiz Mansurov -248300 manat

Bilal Piriyev – 98339,50 manat

Rəşad Abbasov – 35600 manat

Bəxtiyar Əlinağıyev – 10270 manat

Zöhrab Rzayev – 264280 manat

İlham Məmmədov – 297000manat

Elçin Qarayev – 36000 manat

Allahverdiyev Ruslan – 283 000 manat
Ardı var.
Realliq.info

Paylaş