Redaksiyamıza Beyləqan rayon prokuroru Azər Osmanovla bağlı ağlasığılmaz faktlar daxil olub. Beləki, Beyləqan şəhər sakini Qasımov Vüqar Vaqif oğluna qarşı Beyləqan rayon prokurorluğu tərəfindən ədalətsiz və qərəzli yanaşma səngimək bilmir. Əsən Yəhudi olan Azərbaycan vətəndaşı V.Qasımovun əsaslı şikayət ərizəsini rayon prokuroru qəbul etmir. Səbəb isə dəftərxana işçi, Baş prokurorluqda qəbul edilmiş yeni təlimatı əsas gətirərək vətəndaşların ərizə və şikayətlərini prokurorluq orqanlarında qəbul edilməsi qadağan edildiyini deyib. Lakin, mariflənmək məqsədi ilə hansı təlimatdan söhbətin getməsi sualına isə vətəndaş V.Qasımovun bu sualına cavab tapmadığından, vətəndaş qəbul edilmiş yeni təlimat haqqında məlumat almaq üçün Baş prokurorluğa müraciət edib.

Şikayətçinin iddiasında, Beyləqan rayon prokuroru Azər Osmanov məhz özü tərəfindən Azərbaycan Respublikasının Cinayət –Prosessual qanunvericiliyin pozulması faktı bir sıra rayon sakinlərində haqlı narazılıqlara səbəb olaraq, prokurorluq orqanlarına inamsızlıq yarandığı deyilir.

Beləki, Beyləqan şəhər sakini V.Qasımovun əldə etdiyi maddi subutlar ona əsas verir ki, Beyləqan rayon prokuroru Azər Osmanov rəhbərliyinə məruzə etdiyi həqiqətə uyğun olmayan məlumatlar nəticəsində, hörmətli Rüstəm Usubovu ədalətsiz, hüquqi əsası olmayan, cinayət-prosessual qanunvericiliyin tələblərinə tam zidd olan qərar verməyə məcbur etmişdir.

Açıq aşkar rayon prokruroru Azər Osmanov vətəndaşlar arasında ayrı seçkiliyə yol vermiş, vətəndaş V.Qasımova qarşı qərəzliyini nümayiş edərək, tamah və ya sairə məlum olmayan maraqlardan təqsirləndirilən şəxslərə havadarlıq edərək onları məsuliyyətdən yayınmasına yardım etməyə çalışır.
Daha dəhşətlisi odur ki, Rayon prokuroru Azər Osmanovun xoşu gəlmədiyi vətəndaşları sifarişlə havadarlıq etdiyi bəzi şəxslərin vasitəsi ilə söydürürüb küçədə döydürməsindən gedir.

Beyləqan rayon prokuroru Azər Osmanov vətəndaş V.Qasımovu “yenə döyülmək istəmirsənsə, məndən Baş prokurorluğa şikayət etməyi dayandır,yoxsa pis olar sənin üçün” sözləri ilə artıq hədələməyə başladı.Artıq Azər Osmanovun zülmündən cana yığılmış vətəndaş V.Qasımov faktla bağlı toplanmış sübutlarla AR Baş Prokurorun Birinci müavini hörmətli Rüstəm Usubovun şəxsi qəbuluna eləcədə İzrail səfirliyinə müraciətə hazırlaşır. Və rayon prokurorunun yarıtmaz fəaliyyətilə bağlı Baş Prokuror Zakir Qaralovdan kömək istəyir…
Qarşı tərəfidə dinləməyə hazırıq Azerinews.org

Paylaş