Korrupsiya faktları haqda şikayətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmalı ikən bundan imtina edilib

Keçən yazılarımızda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun SOCAR-ın “Qazma İşləri Tresti”ində rəis müavini işləyən qardaşı Faiq Hüseynovun korrupsiya əməllərinin məcburi köçkün Elnur İsmayılov tərəfindən ifşa olunması haqda yazmışdıq.
Qeyd edək ki,ümumiyyətlə mətbuatda Faiq Hüseynovla bağlı çoxsaylı tənqidi yazılar dərc olunub.

Yazıların birində, LEGİON.AZ vasitəsilə ölkə başçısına ünvanlanmış müraciətdə hal-hazırda SOCAR-ın tabeçiliyində olan “Kompleks Qazma İşləri Tresti”ndə rəis müavini işləyən Faiq Hüseynov haqda şok faktlar öz əksini tapmışdır.

LEGİON.AZ ARDNŞ-nin Geofizika və Geologiya İdarəsində 01.01.2010-cu ildən 11.03.2014-cü ilədək rəis müavini vəzifəsində işləyən, Sabunçu rayonu Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan, Füzulinin Böyük Bəhmənli kəndindən olan Elnur Mənsur oğlu İsmayılovun şikayətini araşdırarkən F.Hüseynovla bağlı çox maraqlı və şok məqamları üzə çıxarıb.

Məlumat üçün bildirək ki, GGİ-nin strukturuna 4 idarə, 1 elmi tədqiqat institutu daxildir. Şikayətçinin iddiasına görə, F.Hüseynov istifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusən də kabelləri yararsız adı altında silərək mənimsəyir. Bundan başqa F.Hüseynov GGİ-də saxta tenderlər keçirir, alınmış malları isə şişirdilmiş qiymətlərlə dövlətə sırıyır.

Şikayətçinin dediyinə görə əvvəllər 5 ildən çox müddətdə statda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edib. Prezidentə göndərdiyi şikayət məktubunda E.İsmayılov bildirir ki, idarə rəisi, F.Hüseynovun qəzəbinə tuş gəlib və onu talançılıqda ittiham edir.

Müraciətdə həmçinin qeyd olunur ki, “göstərdiklərim F.Hüseynovun mən bildiyim, yadımda qalan qanunsuz əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır”.

İşdən azad olunmasından şikayət edən E.İsmayılov redaksiyamıza F.Hüseynovun özbaşınalığını sübut edən sənədləri də göndərmişdir. Göndərilən qaimə və cədvəllərin fotolarından ARAM ARİES avadanlığının ehtiyat hissələrinin qiymətlərinin dəfələrlə şişirdilməsini asanlıqla müəyyən etmək olar.

Məsələn, avadanlığın ehtiyat hissəsi olan Ram yaddaş qurğusunun faktiki qiyməti 1500-2000 AZN arasında olduğu halda, 2010-cu ildə 9432 AZN , 2011-ci ildə isə 19350 AZN-ə rəsmiləşdilib. E.İsmayılovun sözlərinə görə, ehtiyat hissələri idarəyə Faiq Hüseynovun kiçik övladının kirvəsi Şamil Abdullayev tərəfindən alınıb.

Məhz bu avadanlıqlar alındıqdan sonra Ş.Abdullayev Xətai rayonu dairəsinin üst hissəsində yerləşən “PARK HAUSE” kompleksini tikdirib. Təkcə ARAM ARİES ehtiyat hissəsinin alışı zamanı F.Hüseynov Ş.Abdullayev vasitəsi ilə 3.000.000 manatdan artıq pul mənimsəyib. Elnur İsmayılov bildirir ki, F.Hüseynov tenderlərin keçirilməsinə birbaşa özü nəzarət edir,qiymətlər isə 7-8 dəfə şişirdilir. Çoxsaylı cinayət işlərinin başlanılmasına səbəb ola biləcək bütün bu korrupsiya iddialarını oxuyanda istər-istəməz belə qənaətə gəlmək olur ki, müvafiq orqanlar tərəfindən Faiq Hüseynovun fəaliyyətinin araşdırılmaması, onun “Azərsu” ASC-nin sədri Q.Hüseynovun vəzifə mövqeyindən sui-istifadə etməsindən və qardaşından başqa digər vəzifəli şəxslərin də ona himayədarlıq etməsindən irəli gələ bilər. Çünki 7-8 il GGİ-də çalışmış və boğazacan korrupsiya əməllərinə qurşanmaqda ittiham olunan məmura qarşı heç bir tədbir görülməməsinin başqa anlamı yoxdur.

İddiaya görə, ARDNŞ-də vəzifəyə gəldiyi gündən qanun tanımayan F.Hüseynov sərvət toplamağıda unutmayıb. E.İsmayılov sübut kimi F.Hüseynovun sahib olduğu malikanələrin və obyektlərin fotolarını da redaksiyaya təqdim edib.

LEGİON.AZ-ı bilgiləndirən şikayətçi qeyd edir ki, F.Hüseynovun işlədiyi dövrdə özünə yaxın insanların adına sənədləşdirib tikdirdiyi mülklərin sayını günü-gündən artırır. Qazma işləri trestinin rəis müavini qısa zamanda restoranlar, otellər, apteklər,marketlər və istirahət məkanları şəbəkəsinə sahib olur. Şikayətçinin iddiasına görə, diplomunda da qaranlıq nüanslar daşıyan F.Hüseynovun bir neçə ildə belə bir böyük sərvət əldə etməsi onun halal qazanc daşıyıcısı olmadığını da ortaya qoyur.

İddiaçı E.İsmayılov bunlarla bağlı prezidentə müraciət etsə də müəyyən səbəblərdən hələ də cavab almadığını bildirir. Onun iddiasına görə satınalmalar həyata keçirilərkən əsas vəsaitlər və materialların qiyməti 60.000.000 manatdan çox şişirdilib, bunun da 20.000.000 manatı F.Hüseynov tərəfindən tanışları və qohumlarının vasitəsi ilə mənimsənilib :”Adıçəkilən idarə üçün 2011, 2012, 2013-cü illərdə alınmış materialın və əsas vəsaitlərin faktiki və şişirdilmiş qiymətlərini aidiyyatı orqanlara təqdim etməyə hazıram. İşlədiyim dövrdə “Mədəngeofizika” idarəsinin işçilərinin söylədiyinə görə təkcə bu idarə üçün alınmış cihaz və kabellərin satınalınması həyata keçirilən zaman 10 milyondan çox dövlət əmlakı F.Hüseynova yaxın şəxslər tərəfindən talan edilmişdir”. “Ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən çıxarıldığını deyən E.İsmayılov bir çox yuxarı instansiyalara və məsul şəxslərə müraciət etdiyini deyir. ”Müraciətlərim şikayətçi olduğum SOCAR-a göndərilib.F.Hüseynov tərəfindən külli miqdarda dövlət əmlakının talan olunması barədə müvafiq qurumlara faktların bir hissəsini təqdim etdim. Bundan sonra F.Hüseynov məni ölümlə təhdid etdi. Şikayətimlə bağlı 12-ci polis bölməsində dindirildim. Bir ildən çox vaxt keçsə də, mənim şikayətim baxılmadı. Milli Məclisdən, Sənaye və Energetika Nazirliyindən və Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokurorluğa 13 dəfə təqdimat və göstəriş göndərilib. Baş Prokurorluq da mənim ərizələrimi SOCAR-a ünvanlayıb. Mənim ünvanıma bu qurumun vitse-prezidentləri Mikayıl İsmayılovun və Xaliq Məmmədovun, eləcə də Hüquq Departmentinin rəisi Eldar Orucovun imzaları ilə məktublar daxil olub. Məktubda bildirilib ki, guya işdən çıxarılmadan öncə mən xəbərdarlıq məktubu almışam, mənə vəzifə təklifi edilib. E.Orucov sonuncu məktubunda hüququmun pozulduğunu düşünürəmsə, məhkəməyə müraciət etməyimi təklif edib”, -deyə E.İsmayılov redaksiyamıza göndərdiyi şikayət məktubunda bildirir.

Çoxsaylı şikayətlərinə müsbət reaksiya verilməyən E.İsmayılov məcbur olub məsələ ilə bağlı saytımız vasitəsilə Baş prokuror Zakir Qaralova müraciət edib. “Bildirirəm ki,Sabunçu RPİ-nin 12-ci PB təhqiqatçısı R.Güləliyevin yuxarıda qeyd etdiyim ciddi cinayət faktının guya araşdıraraq məntiqə sığmayan boş-boş sözlərə söykənmiş cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul etmişdir.Baxmayaraq ki,Polis İdarəsinin mənim şikayətim üzrə ərizə sizin rəhbərlik etdiyiniz Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş və səbəb kimi analoji faktların araşdırılmasının DİO-nın səlahiyyətləri daxilində olduğu bildirilmişdir.

Hörmətli Zakir müəllim ,hüquqşunas olmasam da bilirəm ki,korrupsiya, xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları üzrə cinayət təqibi bilavasitə və birbaşa Prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir.Buna baxmayaraq instansiya olaraq ərizə ilə müraciət etdiyim Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ərizələrimi Sabunçu RPİ-nə göndərmişdir ki,onlar da mənimlə şəxsən görüşdə mənə birmənalı şəkildə bildirmişdilər ki,”ərizənizdə göstərdiyiniz faktların mümkünlüyünün yoxlanılması səlahiyyətlərimiz daxilində deyil”.

Hörmətli Zakir müəllim, AR-nın Prezidenti cənab İlham Əliyev ,sizin də iştirak etdiyiniz və sizə xitabən ciddi tapşırdığı Respublikada korrupsiya,talama və digər xoşagəlməz hallara qarşı qəti mübarizə aparılması mövqeyində olmanızı,qətiyyətli davranmağınızı tapşırmışdır. Sizə bu müraciətimə əlavə edəcəyim mənə məlum olan Korrupsiya və dövlət əmlakını talama faktlarına tərəfinizdən qiymət verilərək hal-hazırda Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqat şöbəsində təhqiqatçı R.Güləliyevin icraatında olan ərizəni aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gətirilməsi barəsində qərar qəbul etməyinizi xahiş edirəm. Ümidvaram ki,ərizəmdə qeyd etdiyim Azərbaycan və qardaş Türkiyə Cümhuriyyəti arasında yüksək dostluq,qardaşlıq münasibətlərini poza biləcək,bu gün YAP bayrağı altında gizlənmiş lakin bir çoxlarına “Nurçu”,”Fetoçu” kimi tanınan “AZƏRSU”ASC-nin prezidenti Qorxmaz Hüseynovun havadarlıq etdiyi qardaşı Faiq Hüseynov tərəfindən dövlət əmlakını mənimsəmə,talama faktının araşdırılması,günahkarların layiqli cəzalarına çatdırılması sizin şəxsi təşəbbüs və nəzarətinizlə həllini tapacaqdır”.

Araşdırmamız davam edir.Mövzuya qayıdacağıq.

Murad İbrahimli

Paylaş