KORRUPSİYA.AZ HAKİMİYYET.AZ-a istinadən verdiyi xəbəri nəzərinizə çatdırır;

Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci

vitse-prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Hesablama Palatasının

sədri Vüqar Gülməmmədov Cənablarına

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru

Zakir Qaralov Cənablarına

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri
Samir Şərifov cənablarına

Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı

Mübarizə Baş İdarəsinin Rəisi

Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

ƏRİZƏ

Cənab Prezident Dövlət Maliyyə Nəzarət Xidməti və 10 saylı Regional Maliyyə Müfəttişliyi 8 aydır Laçın rayon təhsil şöbəsində apardığı maliyyə yoxlamalarının nəticəsi gizlədilir.

10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi təftiş komissiyası təkcə bir fakt(Dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvət verməklə 100-150 nəfər müəllim yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişinin şamil edildiyi aşkarlanıb) üzrə apardığı yoxlamalar zamanı son 10 il ərzində bir milyon manatdan çox vəsaitinin mənimsənildiyi aşgar olmuşdur.Lakin bu və digər faktlar Ə.Nəbiyevin korrupsiya dəftərində qeyid olunub heç də qabardılmır.

Cənab Prezident sizin göstərişiniz əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi və Ədalət Nəbiyevin hansı məbləğdə rüşvət qarşlığında dövlətə xəyanət edərək bu vəsaiti örtbasdır etdiyi aşkar olar.

Cənab Prezident Laçın rayon təhsil şöbəsində özbaşnalıqdı

Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov və Tərtər Regional Təhsil İdarəsinin müdri Malik Vəliyev (LRTŞ-inin sabiq müdri) bu şöbəni özlərinin gəlir mənbəyinə çevriblər. Təhsil idarəçiliyindən başqa hər işlə məşqul olurlar şöbədə korrupsiya, rüşvətxorluq adi hal alıb.

Laçın rayon təhsil şöbəsinin tabeliyində olan orta məktəblərdə sinif komplektlərini hərraca çıxarıblar 1500-2000 manata satırlar.Təhsil nazirliyi tərəfindən araşdırılma aparılsa,məktəblərdə sinif komplektlərini normadan artıq saxlanılması üçün direktorlara 3-4 uşağın adına heç bir istisna(yaxın ərazidə başqa məktəb olduğu halda və s.) olmadığı halda şəbəkə tutdurub sinif saxladıqları aşkar olar.

N. Həsənov Bakı şəhər orta ümumtəhsi l məktəblərdə oxuyan 9,10,11-ci sinif şagirdlərin valideyinlərindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı Şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə qəbul edib və N. Həsənov bu şagirdlərin hər birindən direktorlar vasitəsi ilə bir tədris ili üçün 1000manat rüşvət alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır.Bu şagirdlər reptitor yanında hazırlaşırlar.təhsil nazirliyi tərəfindən araşdırılma aparılsa N.Həsənovun 2017-2018-ci tədris ilində 100-dən çox belə şagird qəbul edib və məktəbə gəlməmələri üçün şərait yaratdığı aşakar olar.

Təhsildə hər bir islahat LRTŞ-də böyük korrupsiya mənbəyi deməkdi.Müəllimlərin diaqnostik qiymətləndirlməsində aşağı nəticə göstərən müəllimlərə dərs saatları rüşvət qarşılığında verilir.Təhsil nazirliyi tərəfindən araşdırılma aparılsa,müəllimlərin diaqnostik qiymətləndirlməsində 10 baldan aşağı nəticə göstərən müəllimlərin hansı məbləğdə rüşvət qarşılığında 24-36 saat dərs tədris etdiyi aşkar olar.

Testdən keçib bal toplaya bilməyən namizədlərdən və 65 yaşı tamam olan müəllimlərdən 1000 manat rüşvət alaraq bir ilik müqavilə bağlayaraq işə götürülər.Əgər N.Həsənov və M.Vəliyev şəxsi büdcələrin doldurmaqla məşqul deyilərsə?bu yerlər niyə müsabiqədən gizlədilir vakansiya verilmir.

Təhsil nazirliyi tərəfindən LRTŞ-inə verilən kitabların 30-40 faizi məktəblərə verilib qalan 60-70 faizi təhsil şöbəsinin müdri N.Həsənov tərəfindən kitab mağazalarına satılıb və s.

LRTŞ-də araşdırılma aparılsa yüzdən çox belə korrupsiya faktlarına yolverildiyi aydın olar.

Cənab Prezident Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirsədə Sizin korrupsiya və rüşvətxolrluğa qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın rayon təhsil şöbəsində korrupsiya və rüşvətxolruğun belə asan tuğyan etməsi biz vətəndaşları təəccübləndirir!!!

 

Paylaş