KORRUPSİYA.AZ xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi dəfələrlə yol polisi əməkdaşlarına sürücülərlə etik qaydalara uyğun şəkildə davranmaq, vətəndaşları aşağılamamaq qanunları əməl etmək barədə tapşırıq verilib.
Xəbərdarlıq zamanı bildirilib ki, xidməti zamanı nöqsana yol verən DYP əməkdaşları sərt cəzalandırılacaq, dərhal işdən qovulacaqlar.
Bundan əlavə DYP rəhbərliyi sürücülərin şikayətlərinin ciddi araşdırılmasını tələb edib. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dəfələrlə qeyd edib ki, mütəmadi olaraq Yol Patrul Xidmətinin əməkdaşlarına sürücülərlə davranış qaydalrına riayət etmələri barədə tapşırıqlar verilir. Rəisin sözlərinə görə,  işdən çıxarılan əməkdaşların əksəriyyəti məhz etik davranış kodeksinin tələbinə zidd hərəkət etdiklərinə, rüşvət hallarına görə daxili işlər orqanlarında xidmətdən xaric ediliblər. Lakin təəssüf ki, görülən tədbirlərə rəğmən, polislər tərəfindən sürücülərə qarşı kobudluq, o cümlədən korrupsiya hallarına tez-tez rast gəlinir.

Dünən Korrupsiya.az saytına zəng edən vətəndaş Əliyev Fərahim Elşad oglu Binəqədi rayonu Azadlıq prostektində YPX –nin əməkdaşları tərəfindən qanun pozuntusu ilə qarşılaşdığı ilə bağlı şikayət edib. Hadisəni bizə  şikayət edən zərərçəkmişin öz dilindən eşidək:”369″ nömrəli dövlət nişanlı YPX-nin iki polis baş leytenantı maşını saxlamaq əmri verəndə heç bir qaydanı pozmasam da saxladım. Mənə dedilər ki, 304 sizə saxlamaq əmri verib. Maşın duracağla təmin olunmalıdır. Mən avtomobildə ailəmin, uşaaqların olduğunu deyib etiraz etsəm də, bildirdilər ki, bunun onlara dəxli yoxdur, onlar üçün əsas olanı 304-dü.  Demək bunlar bütün rayonlarda 304-ün adıyla belə qanunsuz hərəkətlər edirlər. Adətən axşamlar dayanacaqlarda bu adla maşınları saxlayırlar. Heç  90 HU 019 dövlət nişanlı  maşınımın  da rəsmi həbs qərarı yoxdur. Mənim valıdeynlərim Ağstafada qəza keçirmişdi. Mən təcili şəkildə ora gedib qayıdanda  MMK-ların hamisina düşmüşəm, mənim 18 balım var. Əslində 20-ni keçəndən sonra sürücülük hüququndan məhrum olunmalıdır. Bu gün də Bakı Yol Polis İdarəsinə getdım Rəislə görüşdüm və avtomobilimin əsassız olaraq bura gətirildiyini dedim. Mənə söylədilər ki, biz sənə adi bir protokol yazsaq sən sürücülük hüququndan məhrum olunursan.1000 manat ver, biz bu məsələni sənədləşdirməyək. Mən əvvəla qanunu pozmadığımı , ikincisi isə tələb olunan  məbləğin mənim 4 aylıq əmək haqqım olduğunu bildidim. Sadəcə 100 manat verə bilmək imkanımımın olduğunu dedim. Mənə dedələr ki, biz 304-ün qarşısına 100 m qoysaq bizi sillələyər. Axırda mülki işçi məni çağırıb söylədi ki, üzdən yaxşı oğlana oxşayirsan, 800 manata sənin işini həll edərəm. Mən etiraz edərək bildirdim ki,   axı mən avtoxuliqan deyiləm, içkili halda tutulmamışam. Əgər belə olsaydı sizinlə razilaşardım. O cavabında bizə fərq eləməz dedi. Sənə qoşa xəttin tələbi üzrə yazırıq.Mən yenə də sübut eləmək istədim ki, qoşa xəttin tələbini pozmamışam. Amma onlara söz eşitdirə bilmədim. Ən azı 800 manat verməli olduğunu dedilər.
Lakin mən qəti şəkildə etiraz etdim mənə protokolda 360manat cərimə yazdılar.   6 aylıq müddətə sürücülük vəsiqəmi aldılar. Məni AYPATRUL görüntümü tələb etsəm də sözümə məhəl qoyan tapılmadı . Polis qanunsuzluqları nə vaxta qədər davam edəcək. Bu sistemdəki korrupsiya hallarının qarşısı alınacaqmı?”
Biz də media nümayəndəsi olaraq vətəndaşın şikayətini ictimailəşdirdik.

Paylaş