Ağdaşın Yusuf Nəbiyev küçəsi ev 24-də yaşayan İsmayılova Könül Tofiq qızı tərəfindən Palitika.Az-a məktub daxil olub

K.İsmayılova üzləşdiyim qanunsuzluğa görə Azərbaycannın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:

“Hörmətli Mehriban xanım mən həyat yoldaşımla 1992-ci il tarixdə ailə həyatı qurub 20 il Rusiyada yaşayandan sonra, 2013-cü il tarixdə vətənə döndük.

Həmin ili həyat yoldaşım rəhmətə getdi. Min bir əziyyətlə qazanıb aldığımız qızıl-zinət əşyalarımı 24 iyul 2016-cı il tarixdə evimdən oğurladılar.

Bu barədə dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət etdim. Cinayət Axtarış bölməsinin nəməkdaşları Mehman Paşayev, Samid Kərimov, Rövşən Mirsaboğlu və Pünhan evimə gəlib şikayət ərizəsi yazmamağı məsləhət bildilər və söz verdilər ki, 10 günə oğurluq edən şəxsi tapacağıq”.

Şikayətçi deyir ki, 10 gün keçdikdən sonra heç bir tədbir görülməyib: “Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət etdim.

CM-nin 177.2.3 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıldı. Bu cinayət işi “gözdən pərdə asmaq” üçün formal olaraq açılsa da, heç bir cinayət axtarış tədbirləri görülmür.

Evimizə yaxınlıqda yerləşən mağazanın qarşısında olan müşahidə kameralarına baxmağı xahiş etsəm də, təmin edilmədi.

Bundan sonra mənə məlum oldu ki, Ağdaş Rayon Polis Şöbəsi bu oğurluq hadisəsinin üstünü qəsdən ört-basdır edir”.

Palitika.Az-a gələn məktubda K.İsmayılova qeyd edir ki, 2016-cı ilin dekabrında Yevlaxda Baş Prokuror Zakir Qaralovun, 2017-ci ilin aprelində Göyçayda Daxili İşlər naziri Ramil Usubovun qəbulunda olub:

“Hər iki yüksək vəzifəli şəxs məni səmimi qəbul edib tədbirlər görülməsi üçün Ağdaş rayon hüquq-mühafizə orqanların rəhbərlərinə tapşırıq verdilər.

Ancaq Ağdaş rayon polis rəisi və prokuroru bu tapşırıqları qulaqardına vurub heç bir tədbir görmədilər.

Hətta Ağdaş RPŞ-nin rəisi məni çağırıb dedi ki, ora-bura çox şikayət etmə, oğlunu şərləyib həbs etdirəcəm.

Həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevadan kömək istəyirəm.

Hörmətli Mehriban xanım evimdən oğurlanmış həmin qızıl-zinət əşyalarını rəhmətlik həyat yoldaşım min-bir əziyyətlə-zülmlə qazanıb almışdı. Bu qızıl-zinət əşyaları həyat yoldaşımın yadigarı, övladlarımın cehizidir.

Sizdən çox-çox xahiş edirəm mənə kömək edin. Evimdən edilmiş oğurluq cinayətinin üstünün açılması üçün obyektiv cinayət axtarış tədbirlərinin görülməsinə tapşırıq verməyinizi xahiş edirəm. Əlaqə telefonum; (051) 647-30-27”.

Paylaş