Bakının bircə satılmayan mərkəzi qalmışdı, onu da artıq peşkəş ediblər.

Eldar Əzizov Səbayel rayonuna icra hakimi gələndən şəhərin Fəvvarələr meydanı, Nizami küçəsi, Rəsulzadə küçəsi, “Malakan” bağının ətrafı, Natəvan heykəlinin yan-yörəsi qarış-qarış restoranlar tərəfindən zəbt olunub.

► “Kofe house”, “Mado”…

Korrupsiya.Az bildirir ki, AzEuroNews.com-un reportyoru ümumilikdə “Torqovı” adlanan mərkəzi meydanın səkilərinin, yollarının necə işğal olunmasını araşdırıb.

Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Belə məlum olub ki, E.Əzizov piyadaların keçdiyi səkiləri restoranlara qurban verib. Getdikcə darısqallaşan şəhərin mərkəzində hər restoran piyada yolunu bağlayıb, stol-stul qoyub.

Natəvan heykəli yaxınlığında “Kofe house” restoranı köhnə pasajın yerində, piyadalar üçün nəzərdə tutulan keçiddə “Mado” yolu bağlayıb.
Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Eyni adlı restoran “Malakan” bağı yanında da vətəndaşların hərəkət etdiyini səkini alıb. Habelə “Buona sera” və “Central Baku” kimi restoranlar da Nizami küçəsində səkiləri zəbt edib.
Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Söhbətləşdiyimiz şəhər sakinləri deyirlər ki, Bakının mərkəzi əvvəllər çox geniş idi. Amma sonra Fəvvarələr meydanında piyada yolunu “Pizza inn” ələ keçirdi, rəssamların, kitab satanların toplaşdığı pasajı ləğv edib “Mado”ya verdilər.

Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

“Avropanın, Amerikanın, heç qonşu ölkələrin mərkəzlərində belə özbaşınalıq yoxdur. Avropada yayda restoranların açıq havada stol-stul qoyub fəaliyyət göstərməsi halları var. Amma bu, vətəndaşların gəzməyinə mane olmur.
Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Bura Azərbaycandır da, sabah Milli Məclisi köçürüb yerində restoran tiksələr təəccüblənmərəm”,-deyə bakılı Vüqar Tağıyev belə deyir.

► “Hacıbala razılıq verib, o da peşkəş edib”

Şəhər sakinlərindən Vahid Həsənovun sözlərinə görə, “Torqovı”dan bulvara keçidə qədər yolların sağ-solu restoranlar tərəfindən qapadılıb: “Mən bu məsələ il maraqlanmışam.

Bir tanışım var, “Baksovetdə işləyir. Deyir ki, bu yerləri satmağa Hacıbala Abutalıbov razılıq alıb, Eldar Əzizov da ucdantutma “Torqovı”nı restoranlara verir.
Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Yəni, işğal olunan səkilərə görə ağlasığmaz dərəcədə pullar alınıb. Bu barədə nə sərəncam var, nə qərar. Sadəcə, özbaşınalıqdır. Həmin restoran bağlananda səkini başqasına satacaqlar”.
Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb – Reportaj

Qeyd edək ki, bir müddət əvvəl hüquqşünas Aslan İsmayılov da bu problemi gündəmə gətirmişdi. Tanınmış vəkil video çıxışında satılan səkiləri göstərmişdi.

Videodan görünür ki, daha çox şəhərimizin qonaqlarının üz tutduğu həmin küçədə vəziyyət həqiqətən acınacaqlıdır.

Enli küçələr, binaların keçidləri işbazlar tərəfindən zəbt olunub və bununla da vətandaşların və şəhərimizin qonaqlarının rahatlığı pozulub. Həmin kadrları təqdim edirik:olkexeber.az

Paylaş