Biləsuvarın icra başçısı Mahir Quliyev haqqında ifşaedici materialları elektron KİV-dən yığışdırır

Palitika.Az-ın məlumatına görə, icra başçısı təhlükəli mərhələni keçmək üçün bu addımı atır.

Onun məqsədi Prezident Administrasiyasının “gözündən pərdə asmaq” və postunu itirmək təhlükəsini sovuşdurmaqdır.

Bu niyyətlə internet resurslarında M.Quliyev haqda neqativ informasiyalar, korrupsiya, özbaşınalıq faktları silinir, yazılar yoxa çıxarılır.

Hazırda Biləsuvar icra hakimi haqda olduqca məhdud xəbərlər saxlanıb. M.Quliyev PA-ya özünü təmiz göstərmək üçün çırmanıb.

Yeni ildə bəzi icra başçılarının vəzifədən çıxarılacağı gözlənilir. Onlardan biri M.Quliyev ola bilər. O baxımdan icra başçısı özünü qorumağın yollarını axtarır.

Artıq prezidentə 15 dekabrdan sonra bütün rayon rəhbərlərinin arayışı təqdim olunub. Sənədlərdə bərbad xarakteristikası və şikayətlərin çox olduğu icra başçısı Biləsuvarın olub.

O səbəbdən əl-ayağa düşən M.Quliyevin bu cəhdlərinin nə dərəcədə səmərə verəcəyini söyləmək çətindir.

Palitika.Az-ın məlumatına görə,
 icra başçısı sahibləndiyi torpaqlar, tikdirdiyi villalar bəs eləmir, indi də gözünü dövlət obyektlərinə dikib.

Hətta rayon sakinləri arasında M.Quliyevin bir az da vəzifədə qalacağı təqdirdə rəhbərlik etdiyi qurumun yerləşdiyi binanı da satışa çıxaracağı ehtimalı yaranıb.

2018-ci ilin ilk ayı Biləsuvar rayonunda sosial vəziyyətlə bağlı vətəndaşların vəziyyəti pik həddə çatıb.

Buna səbəb rayon sakinlərinin dövlətdən, eləcə də dövlət başçısından narazılığı yox, məhz icra başçısı Mahir Quliyevin özbaşınalığından bezməsidir.

Rayonda baş verənlər, insanların fəryadları Mahir Quliyevin məqsədli şəkildə və bilərəkdən vətəndaşları dövlətdən incik salır deməyə əsas verir.

Çünki o, sakinlərin son gəlir yeri, dolanışıq mənbəyi olan əkin sahələrini zorla alaraq, yaxın adamlarına verir, həmçinin, özü bu sahələrdə taxıl və digər məhsullar əkdirir.

Hər şey Prezident İlham Əliyevin kənd təssərüfatının inkişafına göstəriş verməsindən sonra başlandı…

Biləsuvarda gedən son günlər təmir işləri ilə bağlı kanalizasya qazıntısı zamanı yerindən çıxan köhnə qaz borularını M.Quliyevin tapşırığı nəticəsində iş icraçıları tərəfindən çıxarılıb satılır.

Biləsuvar icra başçısı isə əkinçiliklə, heyvandarlıqla məşğul olan sakinlərin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyir. Ona etiraz edənləri isə “mən dövlətin göstərişi ilə edirəm” cavabını verir.

Paylaş