Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyində təmsil olunan və ölkə mətbuatında daha çox sürücülük vəsiqəsi və nömrə satan şəxslər kimi adları hallanan Mübariz Şahbazov və Müşfiq Rəhimovla bağlı redaksiyamıza ilginc informasiya daxil olub.
Məlumatda vurğulanır ki, bir neçə ay öncə DYP-nin daxili strukturunda edilən dəyişiklikdən sonra nömrə biznesi ilə daim gündəmdə olan Müşfiq Rəhimov tamamilə neytrallaşdırılıb. DYP içindəki mənbənin bildirdiyinə görə qurumun rəisi general-mayor Ramiz Zeynalovun göstərişi ilə Müşfiq Rəhimovun bütün işləri bütünlüklə müavin Mübariz Şahbazova həvalə edilib. Əslində əvvəl də struktur etibarilə Müşfiq Rəhimov şöbə rəisi olaraq Mübariz Şahbazova tabe idi. Ancaq Eldar Mahmudovun MTN naziri olduğu dövrdə sabiq nazirliyin yüksək rütbəli şəxsləri ilə isti münasibətlər yaradan Müşfiq Rəhimov birbaşa Ramiz Zeynalovla hesablaşırdı.
Qeyd olunur ki, həmin vaxtlar nömrə biznesini qeyd-şərhsiz öz əlinndə cəmləşdirən Müşfiq Rəhimov hətta Mübariz Şahbazovun nəzarətinə verilən “sürücülük biznesi”nə də “əl atırdı”. Ancaq E. Mahmudovun “vurulmasından” və ölkə mediasında Müşfiq Rəhimovun keçmiş MTN-çilərlə isti münasibətlərinin olması barədə silsiləli məlumatların dərc edilməsindən sonra şöbə rəisinin sükuta qərq olduğu iddia edilirdi. Səssizliyə qərq olan Müşfiq Rəhimovun yenə də nömrə biznesində əsas söz sahibi olduğu deyilirdi. Lakin DYP-nin daxili nizamnamənin dəyişdirilməsindən sonra general Ramiz Zeynalovun Müşfiq Rəhimovu cəzalandırdığı və onun bütün işlərini müavini Mübariz Şahbazova həvalə etdiyi bildirilir. Məlumatda vurğulanır ki, hazırda Baş Dövlət Yol Polis İdarəsində həm sürücülük vəsiqələrini, həm də nömrə satışını hazırda Mübariz Şahbazov əlində çəmləşdirə bilib. General Ramiz Zeynalovun nömrə biznesini tamamilə Müşfiq Rəhimovdan almasından sonra ikincinin bundan çox qəzəbləndiyi və rəisinə qarşı hakimiyyətin yuxarı dairələri ilə bəzi təmaslar iddia edilir.(qlobal.az-red.)
P.S. Hazırda Müşfiq Rəhimov DYP-də yüksək vəzifəyə keçmək uğrunda mübarizə aparır. Ancaq Ramiz Zeynalovun şöbə rəisinin bu istəyinin həyata keçməsinə maneçilik yaratdığı deyilir. Məhz buna görə də Müşfiq Rəhimovun yaxın ətrafının iştirak etdiyi məclislərdə general-mayor Ramiz Zeynalovdan narazı olduğunu və və ona qarşı haqsızlıq edildiyini açıq şəkildə dilinə gətirdiyi vurğulanır. teref.info