Sabunçu rayon icra başçısı Adil Vəliyev Bakıxanov qəsəbəsini tikinti şirkətlərinə sata-sata gedir. Qəsəbənin mərkəzi ərazilərində massivlər və binalar tikinti firmalarına peşkəş olunur.

İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib – Reportaj February 10, 2018

► Başçı Bakıxanovda yer qoymadı

İcra başçısının özünə məxsus olduğu deyilən “Bakıxanov rezidens” 2 və 5 mərtəbəli binaları sökərək yerində göydələnlər inşa etməkdədir.

Amma təkcə sözügedən şirkət deyil, Bakıxanov qəsəbəsi başqa firmaların da tikinti meydançasına çevrilib.

İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib – Reportaj February 10, 2018
Onlardan biri də “TeRas” şirkətidir ki, hazırda Bakıxanov ticarət mərkəzinə yaxın ərazidə bina inşa edir.
İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib – Reportaj February 10, 2018
Sabunçu RİH başçısı Adil Vəliyev
Konkret olaraq, Sakit Qocayev 35 ünvanında (“Aygün Mall” ticarət mərkəzinin yaxınlığında tikilən 23 mərtəbəli binanın tikintisi davam edir.

Sakinlərin dediyinə görə, icra başçısı Sabunçu ATS-in yaxınlığındakı bu yaşıllıq ərazini də peşkəş edib. “Park Group” şirkəti ilə Sabuçu RİH arasındakı milyonluq sənədləşmə nəticəsində massiv özəlləşdirilib.

Sakinlər bildirirlər ki, icra başçısı Bakıxanov stansiyasının ərazisini, Qaraçuxura gedən Ərəblika deyilən yoldakı 2 mərtəbəli binaları bir-bir satışa çıxarıb.

Bu gedişlə Bakıxanov qəsəbəsində park, xiyaban, sakinlərin gediş-gəlişi üçün bir ərazi qalmayacaq.

► Fantastik baha qiymətlər

Yeri gəlmişkən, Bakıxanov qəsəbəsi kimi mərkəzdən aralı bir massivdə tikilən təzə binada qiymətlər olduqca fantastik bahadır. “TeRas”dan ev almaq heç sərfəli deyil.

Çünki şəhrin mərkəzindən fərqlənmir. Di gəl ki, KİV-də vətəndaşların diqqətini çəkmək üçün bu firmanın reklamları gedir və qiymətlərin münasib olduğu deyilir. Qiymətlərə gəlincə, 850 manatdan başlayır. Lakin bu qiymət aşağı mərtəbələrə aiddir. Yuxarı qalxdıqca qiymətlər də qalxır.

İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib – Reportaj February 10, 2018
Belə ki, 1 kvadrat metrin qiyməti 2-4-cü mərtəbələrdə 850 manat, 5-8-ci mərtəbələrdə 930 manat, 9-23-cü mərtəbələr də 1020 manat təşkil edir. Bu qiymətlər nəğd ödənişə aiddir.

Əgər mənzil kreditlə əldə edilərsə nağd qiymətlərin üzərinə 100 manat əlavə olunur. Kredit şərtlərinə görə, ilkin ödəniş minimum 40%, maksimal kredit müddəti 30 aydır.

Məsələn, “Teras Park”da 49 kv.m 1 otaqlı təmirsiz mənzil nağd 45 570 manata, kreditlə 50 470 manata təklif olunur. Kreditlə alış zamanı ilkin ödəniş 20 188 manat, aylıq ödəniş 1 009 manat təşkil edəcəkdir.

İcra başçısı Bakıxanovu tikinti şirkətlərinə peşkəş edib – Reportaj February 10, 2018

160 kv.m 4 otaqlı təmirsiz mənzil nağd 163 200 manata, kreditlə 179 200 manata, 126 kv.m. 3 otaqlı təmirsiz mənzil nəğd 117 180 manata, kreditlə 129 780 manata, 75 kv.m. 2 otaqlı təmirsiz mənzil nəğd 69 750 manata, kreditlə 77 250 manata təklif olunur.

► Mövzu ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…
AzEuroNews.com

Paylaş