Hakimiyyet.Az xəbər verir. Mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur. Lakin hələ də yaxşılığa doğru heç nə dəyişmir.
Saytımıza daxil olan informasiyaya görə Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasında işini sevən, xəstələrə şəfqətlə yanaşan, onları ölümdən xials etmək üçün əlindən gələni əsirgəməyən həkimlərlə yanaşı, diplomları Təhsil nazirliyi tərəfindən tanınmayan və yaxud səriştəsiz, savadsız, kobud və həkim adına ləkə olan şəxslər də çalışır. Onlardan biri də 4-cü təcili yardım stansiyasının həkimi Cahanğirov Vaqifdir. Onun xəstlərə və xəstə yaxınlarına kobud, laqeyd münasibəti, xəstəni lazım olan xəstəxanaya deyil, özünün müəyyən etdiyi müalicə müəssisələrinə aparması daşıdığı şərəfli həkim adı ilə ziddiyyət təşkil edir. Onun öz xəstəsi üçün həyacan keçirirən adamlara qarşı hədsiz kobud və laqeyyd yanaşması insanı heyretlendirir. Lakin ölçü göturən yoxdur.  Belə bir adamın təcili yardım həkimi kimi məsuliyyətli işdə çalışması doğrudurmu? Bu kobud, laqeyd, qansız adama insan taleyini etibar etmək olarmı?

Mövzuya yenidən qayıdacayıq…

 

 
Paylaş