Baş Redaktor Ölkə Prezidentinə,Baş Prokurora,DİN-nə müraciət edir:Baş Dövlət Yol Polis İdarəsinin Tağım Komandiri Ehtibar İbrahimov mənə hədə qorxu gəlir.

Möhtərəm Prezident,Cənab Baş Prokuror və Daxili İşlər Nazirliyi!

Ölkə Xəbər.az İnformasiya agentliyinin Baş Redaktoru kimi Sizə müraciət edirəm,Sizdən kömək istəyirəm.
Gəncə Bakı Şossesində Yol Patrul Xidmətinin tağım komandiri Etibar İbrahimov mənim konstitutsiyada nəzərdə tutulmuş hüquqlarımı boğmağa çalışır,

05.12.2017-ci ildə komandiri olduğu stasional postda mənə qarşı olan qanunsuz hərəkətləri Möhtərəm Prezidentə,Cənab Baş Prokurora və Daxili İşlər Nazirliyinə çatdıracağım halda mənə şər böhtan atacağı ilə və hər cür hədə qorxu ilə hədələyir.

Etibar İbrahimov mənə bildirir ki,əgər bizdən şikayət etsən qarşında məni görəcəksən.Sənin başına oyun açdıracam.

05.12.2017-ci il tarixində Mercedes S class dövlət nişanı 10 VZ 110 olan şəxsi avtomobilimlə ailəm və 6 yaşlı nəvəmlə Bakı şəhərinə gedərkən Yevlax Bakı Şossesində Qarxun kənd ərazisində stasional postda yol patrul əməkdaşı Xəlilov Bəhruz saxla işarəsi verdi.

Saxladım,sənədləri təqdim etdim.Yol Patrul Əməkdaşı maşının cərimə balı olub-olmadığını soruçdu.Heç bir cərimə balı olmadığını bildirdim.Məni posta dəvət etdi.Mən bildirdim ki,özünüz yoxlayın.Bəhruz Xəlilov posta qalxdı və bir neçə dəqiqədən sonra mənə yaxınlaşıb bildirdi ki,guya ki,mən posta yaxınlaşanda ara məsafəsi saxlamamışam.Sənə cərimə protokolu yazacam.

Başda ayağa şər-böhtan.Mən maşından düşüb ehtirazımı bildirdim.Yol Polisi əməkdaşı Bəhruz Xəlilov isə mənim qayda pozduğumu təkid edirdi.Mən yol polis əməkdaşından görüntünü və özünü təqdim etməyi tələb etdim.O isə nə görüntünü təqdim edə bilmədi, nədəki özünü təqdim etmədi.Maşında təzyiq xəstəsi olan ailəm və 6 yaşlı nəvəm ağlayır,mən isə əsəbdən infakt həddinə çatmışdım.
30.35 dəqiqə bizi postda saxladıqdan sonra adını soyadını öyrənib bildirdim ki,səndən Baş Dövlət Yol Polis idarəsinə şikayət edəcəm.

Əgər mən həqiqətən də qayda pozmuşdumsa nəyə görə mənə cərimə protokolu yazılmırdı.
30.35-dəqiqədən sonra sənədləri alıb ailə üzvlərim və özüm pis bir halda 3 saatlıq yolu 5-6 saata Bakı şəhərinə çatdıq.
06.12.2017-ci il yəni  başımıza gələn bu müsübət günün səhəri ərizə ilə Baş Dövlət Yol Polis idarəsinə müraciət etdim.
04.01.2018-ci il tarixində Qarxun kəndində yerləşən postun tağım komandiri Etibar İbrahimov mənə zəng edərək mənimlə görüşməyi xahiş etdi və bildirdi ki,saat 17:00-da Yevlax Bərdə şosessində yerləşən stasional postda görüşək.

Saat 17:00-da postda tağım komandiri Etibar İbrahimovla görüşdük.Tağım Komandiri ilə söhbətdən sonra mənə məlum oldu ki,Etibar İbrahimov öz işçisinin tərəfini saxlayır,yol patrul xidməti əməkdaşı Bəhruz Xəlilovun günahsız olduğunu bildirir.Mən Etibar İbrahimovun öz işçisini müdafiə etməsinə narazılığımı bildirdim və Ölkə Prezidentinə,Baş Prokurora,Daxili İşlər Nazirliyinə Şikayət edəcəyimi,yol patrul əməkdaşı Bəhruz XƏlilovun mənə qarşı qanunsuz hərəkətlərinin obyektiv araşdırılmasını xahiş edəcəyimi bildirdim.
Tağım Komandiri Etibar İbrahimov mənə hədə qorxu gəlməyə başladı və bildirdi ki,şikayət edəcəyin halda qarşında məni görəcəksən.Əgər şikayət etsən,sənə şər böhtan atdırıb məhkəməyə verəcəyəm.
Tağım Komandiri Etibar İbrahimovun mənə qarşı bu hədə qorxusu polis işçisinə yaraşmayan danışığından mənə aydın oldu ki,tağım komandiri Ehtibar İbrahimov olanın,Bəhruz Xəlilov kimi işçisi olacaq.

Mən stasional postdan çıxıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib,tağım komandiri Etibar İbrahimovun mənə hədə qorxu gəlməsini bildirdim.
Möhtərəm Prezident,Cənab Baş Prokuror və Daxili İşlər Naziri,Sizdən xahiş edirəm tağım komandiri Etibar İbrahimovun mənə hədə qorxu gəlməsini,yol patrul əməkdaşı Bəhruz Xəlilovun mənə qarşı qanunsuz hərəhətlərinin obyektiv araşdırılması üçün göstəriş verəsiniz.
Əlini sinəsinə döyüş qarşında məni görəcəksən deyən,harın tağım komandiri Etibar İbrahimov görəsən kimə arxalanır?
Kim ona bu səlahiyyəti verib ki,nəyin bahasına olursa olsun,əməllərinizdən yuxarılara şikayət etmək istəyənlərin qarşısını almalısınız?

Tağım Komandiri Etibar İbrahimovun sinəsinə döyməsi,güc nümayiş etdirməsi tək mənə qarşı deyil,Dövlətə,Cənab Prezidentin siyasətinə qarşı yönəlmiş təxribatdır.
Mən inanıram ki,Ölkə Prezidenti ve onun komandası həmişə xalqın arxasında olub,ölkə vətəndaşına hansısa bir məmurun güc nümayiş etdirməsinə heç vaxt yol verməz və tağım komandiri Ehtibar İbrahimovun əməlinə hüquqi qiymət veriləcək.

Mən Balakişi Əhmədov cənablarindan xahiş edirəm.Taqim komandiri Etibar İbrahimovun mənə guc numayiş etməsinə.mənim kanistutsiyada nəzərdə tutulmuş huquqlarimi pozmasina gorə aparilmiş araşdirmaya duzgun.obyektiv qiymət verilsinş.

Korrupsiya.Az

Paylaş