İctimai vəkil olaraq, ictimai-hüquqi müstəvidə hüquqlarının keşiyində dayanaraq səlahiyyətli nümayəndəsi olduğum Əliyev Rauf Hidayət oğluna qarşı onun əvvəllər çalışdığı Koroğlu MMC tərəfindən irəli sürülən ittihamın mahiyyəti tam çılpaqlığı ilə qondarmadır. Bir daha qeyd etməyi zəruri bilirəm ki, nümayəndəsi olduğum şəxs Əliyev Rauf Hidayət oğlu şirkətdə çalışdığı müddət ərzində 124.000 AZN miqdarında vəsait mənimsəməkdə ittiham olunur. Mövcud mənimsəmə faktına dair şübhəli məqam 2013-cü ildə şəxsən Əliyev Rauf Hidayət oğlu tərəfindən aşkar edilərək bu gün onu prinsipialcasına ittiham edən şirkətin rəhbəri Tahir Əliyevə bildirməsinə baxmayaraq sonuncu şəxs bu durumu mübahisələndirərək, soyuqqanlı münasibət sərgiləmişdir. Digər tərəfdən onu da qısa olaraq vurğulayım ki, mənimsəmə faktına yol vermiş bir şəxsin sonradan həmin rəhbərliyin təşəbbüsü ilə təsis olunan “Nur Retail” MMC adlı şirkətin direktorluq vəzifəsinə gətirilməsi ağlabatan gerçəklik ola bilməzdi. Hüquqi baxımdan mahiyyət etibarı ilə Əliyev Rauf Hidayət oğluna qarşı yönələn cinayət işi (CM-179.3.2) üzrə ittihamın heç bir hüquqi əsası yoxdur. Yəni ki, ona qarşı irəli sürülən ittihamın tərkib hissəsinə mötəbər rəsmi-hüquqi sənədlər daxil deyil. Belə olan halda cinayət-mühakimə icraatının prossesual qüvvəsindən məntiqli söhbət açmaq mümkün olmasa da, 1 il 17 gündür Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədirliyi ilə aparılan məhkəmə baxışı prosesində ittihamın qeyri-hüquqi əsasa malik olması ilə bağlı qərəzsiz hakim mövqeyinə şahidlik etmək hələlik müşkülə çevrilib. Məhkəmə istintaqı sona çatıb. Məhkəmə baxışı müddətincə obeyktiv məhkəmə araşdırması naminə məhkəmə kollegiyasına təqdim edilən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətlərə baxmayaraq heç bir əsas olmadan həyati əhəmiyyət kəsb edən vəsatətlər təmin edilməyib. Təbii ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsiri sübuta yetirilməmiş bir şəxsə, üstəlik prespektivli və milli düşüncəli vətəndaşımıza qarşı bu mövqeyi ədalətli mühakimə baxımından qəbul edilməzdir. Bütün bunlar azmış kimi Rauf Əliyevin barəsində hazırkı iş üzrə qəti-imkan tədbiri üzürlü tibbi səbəblərə rəğmən belə həbs qəti-imkan tədbiri ilə əvəzlənilmişdir. Bu ənənəvi olmaqla bərabər, görünməmiş bir ədalətsizlik, anti-sosial yanaşma və aşkar qərəz dolu bir durumdur. Biz məhkəmədən yalnız qanunçuluğa riyatə edilməsini, növbəti lakin ədalətli məhkəmə baxışının təyin edilməsini istəyirik. Biz təqsirsizliyi tamamən sübuta yetirilmiş Əliyev Rauf Hidayət oğluna Ədalət Tələb Edirik. Biz məhkəmədən cənab prezident İlham Əliyevin məhkəmə qərarları ilə bağlı tövsiyəsinə əməl etmələrini xahiş edirik. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə kollegiyasına xatırlatmaq istəyirəm ki, tərəflər üzrə yerlər sadəcə dəyişik düşüb.

İctimai Vəkil: Samir Zeynalov.

Paylaş