Vaxtaşırı olaraq Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tabeşiliyində olan müəssisə rəhbərlərindən kimisə işdən azad edir, ağac qırımına görə sahibkarları cəzalandırır və sair

Ancaq bunların çoxu görüntü xətrinədir. Elə olmasa korrupsiyaya qurşanmış idarə rəisləri illərlə rahat şəkildə fəaliyyət göstərməzdi. Mətbuat yazır, videosüjetlə göstərir, faktlarla sübut edir. Bəs ETSN? Ən yaxşı halda xahiş-minnət, ən pis halda güc strukturları və başqa yollarla hədələyərək yazılareı sildirir.

Məsələn, Bərdə Meşə Mühafizəsi və Bərpa İdarəsinin balansında 8 min hektardan çox ərazi və bunun da 7 min hektarı Kür çayı sahilindəki Tuqay meşələridir.

ETSN-in xəbəri yoxdu ki, Bərdə rayonunun Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Aydın Məmmədov meşə zolaqlarının kənarında tikilən obyektlərə görə xeyli qazanc əldə edir?

Müəssisə rəhbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağac əkmə kampaniyasında fəal iştirak etsə də, bu Aydın Məmmədov tərəfindən “gözdən pərdə asmaq” anlamına gəlir. Çünki Aydın Məmmədov həm nazirliyin xətti ilə yol qırağına və meşə zolağına ağac əkir, həm də ki, rəhbərlik etdiyi müəsissənin balansında olan meşə zolağında tikilən obyektlərdən hesab alır. Bununla yanaşı, müəsissə direktoru tikilən obyektlərin yerində olan ağacların kəsilməsinə görə haqq tələb edir. Baxmayaraq ki, ölkə rəhbərliyinin ağac kəsilməməsi ilə bağlı göstərişi var.

Qeyd edək ki, Bərdə rayonu ərazisində son vaxtlar meşə zolağında çoxlu sayda obyektlər tikilib və tikinti zamanı çoxlu sayda ağacların gizli kəsildiyi bildirilir.

İdarə müdirinin əsas qazanc mənbəyindən biridə rayon Təhsil Şöbəsi, Mədəniyyət və Turizm Şöbəsinin kəndlərdəki orta məktəblərinə, kitabxanalarına, klublarına, mədəniyyət evlərinə qış aylarında satılan ağac məmulatlarıdır. Yəni müəssisə direktoru qış ayında qaz vurub qazan doldurmaqla məşğuldur. Belə ki, idarə direktoru yay aylarında meşə zolağındakı ağacları kəsərək hazır vəziyyətdə saxlayır və qış ayı gələn kimi həmin idarələrə satır. Hətta idarə müdiri bunun üçün 10 manatlıq bir MMC-lər qeydiyyatdan keçirərək, rayonun adını çəkdiyimiz büdcə təşkilatlarına odunu bu müəsissə vasitəsi ilə satır. Məlumatlı şəxs iddia edir ki, Aydın Məmmədov qış aylarında büdcə təşkilatlarına, kəndlərə, fermerlərə ümumilikdə 150 min manatlıq odun satır. Bundan başqa rayonun qaz çəkilməyən kəndlarinə odun satışını da məhz Aydın Məmmədov həyata keçirir.

Bəs ağaclar hansı ərazilərdə qırılır odunluq üçün? Obyektiv.info əməkdaşları Qılışlı-Nazirli meşələrində olan vəziyyəti lentə köçürüb. Yüzlərlə ağac kəsilib,məhv edilib. Buna nə deyəcək cənab nazir Hüseynqulu Bağırov?

Adi idarə müdiri olan Aydın Məmmədov 150 minlik “lexus” markalı avtomobili hansı pulla alıb? Axı bu avtomobilin “99 999” dövlət nömrə ninşanın belə qiyməti qeyri-rəsmi olaraq 25 min manatadır.

“Su səsi” şadlıq sarayına da şərikdir, xeyli daşınmaz əmlakı var və s. Bu göstərdiyimiz ərazi isə üzlərlə meşələrdən tək biridir.

Olke Xeber.az APA-ya istinadən xəbər verir ki,aprel ayinin 3-u saat 21:00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb.

Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib. Həmən kəsilmiş aqaclarin yerində hal-hazirda tikinti işləri gedir./olkexeber.az/

Aydin MƏMMƏDOV İSƏ, BU İŞLƏRƏ GOZ YUMUR.
Paylaş