Şəmkir icra hakimiyyəti baş tutacaq Şuşa teatırına bilet satdırır. Bu barədə ilginc məlumat daxil olub. Beləki, gələn xəbərlərdə, dövlət təşkilatlarına, rayon icra nümayəndəliklələrinə, Səhiyyə işçilərinə, və məktəblərə məcburi bilet satılması kütləvi narazılıqlar yaratdığı bildirilir. Bu barədə məlumatı şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə də paylaşıb.
Xeberfakt.az –a adını açıqlamaq istəməyən bir qrup müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq tetıra biletlərinin qiyməti 5 manatdır: “Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul şagirlərdən eləcədə müəllimlərdən yığılır. Bəzi böyük məktəblərə bilet payı çox sayda yüklənir.
Qeyd edək ki, icra hakimiyyəti məlum bilet satışında saxtakarlıq da edib. Biletlərdən göründüyü kimi eyni seriyalı biletlər serokopiya edilərək satdırılır. Bu da gəirin çox olması üçün edilən saxtakarlığa söykəndiyi anlamı daşıyıyır. Həmin eyni seriyalı biletlər fotoşəkillərdə də aydın görünür…
Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, rayonda idarə və müəssələrlə yanaşı eyni zamanda bağçalara da məcburi bilet satılıb.
Müəllimlər və adının çəkilməyin istəməyən müəssə rəhbərləri bu işin Şəmkir İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib