İstanbulda mafiya lideri saxlanılıb. Paytaxt.org teleqraf.com-a istinadən bildirir ki, “Ərəb Əmrah” ləqəbi ilə tanınan Əmrah S adlı şəbəkə liderini sıradan çıxarmaq istəyən mafiya başçısı Volkan Rəçbər xüsusi əməliyyatla həbs edilib.
Öncə Əmrah.S-ya məxsus cinayətkar şəbəkənin 16 üzvü yaxalanıb. Bunun ardınca rəqib mafiyanın başçısı Volkan Rəncbər də xüsusi əməliyyat nəticəsində həbs olunub.
Volkan Rəncbərə qarşı bir neçə ittiham irəli sürülüb.
Qeyd edilir ki, bu iki mafiya arasında 2017-ci ilin 21 sentyabrında İstanbul Ədliyyəsinin binası önündə silahlı qarşıdurma olub. Nəticədə bir nəfər yaralanıb. Hər iki mafiya əvvəl baş verən “anlaşılmazlığı” çözmək üçün ədliyyə binasının qarşısında görüş təyin ediblər. Görüş zamanı tərəflər arasında silahlı atışma baş verib. Atışmadan sonra polis bəzi mafiya üzvlərini həbs edə bilib.
Araşdırmalar zamanı qarşıdurmanın arxasında mafiya liderlərinin durduğu müəyyən edilib.
Bəlli olub ki, Volkan Rəncbər bir müddət əvvəl təhdid edilib. Bundan sonra, o, Ərəb Əmrahdan kömək istəyib. Ərəb Əmrah isə onun istəyini həyata keçirməyib. Bundan əsəbləşən Volkan Rəncbər əks qrupa aid bir neçə obyektə basqın edərək onu ələ keçirib. Bu zaman iki nəfər öldürülüb. Tərəflər də məhz bu hərəkətləri aydınlaşdırmaq üçün ədliyyə binasının qarşısına toplaşıblar.
Polisin məlumatına görə, ötən il Ərəb Əmrahın mafiyasının 16 üzvü həbs olunub. Onların üzərindən 7 silah, 65 fişəng götürülüb. Araşdırma zamanı ortaya çıxıb ki, mafiya cinayətləri zamanı istifadə etdiyi 8 ədəd avtomobili gölə atıb. Sonradan polis avtomobilləri göldən çıxarıb. Avtomobillərdən Sinan Kumaş, Cahan K, Əhməd Mecik, Məhəmməd Əli B və Burak İ-nin öldürülməsində istifadə olunduğu dəqiqləşdirilib. Buna görə də dəstənin 15 üzvü həbs edilib.
Polis eyni zamanda Volkan Rəncbərin lideri olduğu mafiyanı da nəzarətə götürüb, onun üzvləri ilə bağlı texniki və fiziki təqibə başlayıb. 2018-ci ilin yanvarında polis mafiyanın 6 üzvünü yaxalayıb. Lakin axtarışlara baxmayaraq mafiya lideri Volkan Rəncbər tapılmayıb.
Sonradan polis Rəncbərin izinə düşmək üçün məxfi əməliyyat qurub. Nəhayət, mafiya başçısının izinə İstanbulun Kadıköy səmtində düşmək mümkün olub. Xüsusi əməliyyatla mafiya başçısı həbs edilib və polisə gətirilib.paytaxt.org