K Abbasovanın Baş həkim işlədiyi Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində 2013 cü ildən “Qazanxana maşinisti” vəzifəsində işləyən 3 cü qrup əlil Ramin Şərifovda bizə gerçəkləri danışdı. ..
Belə ki, keçmiş Nazir Səlim Müslümovun göstərişilə Şirvan şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə baş həkim təyin olunduğu vaxtdan, özbaşınalığıyla Mərkəzin bütün işçilərinə qan udduran “Mələk cildinə girmiş ” baş həkim öz hegemonluğuyla rekord qırıb ..
Bu gün bizə öz müsahibəsində şikayətini bildirən 3 qrup əlil Ramin Məzahir oğlu Şərifov, K Abbasovanın əlindən bezdiklərini söylədi.
Sözü gedən “Hegemon ” xanım, Ramin Şərifovu uzun müddətdir ki, bir “Oklad “işlədərək ama yarım “Okladın ” əmək haqqını verirmiş. O həmçinin öz müsahibəsində, Dövlətimiz tərəfindən işçilərə verilən “Bayram pullarını” da K .Abbasova tərifindən əllərindən alındığını bildirdi.
Bütün bu gerçəkləri Video yazı olaraq sizə təqdim edirik. ..
Akif Cəfərov
Operativxeber.az saytının müxbiri