Sumqayıtın icra başçısı Zakir Fərəcovun Novxanı sahillərini qarış-qarış peşkəş etdiyi haqda məlumatlar yayılıb

FİA.Az KİV-ə istinadla xəbər verir ki, sahil boyunca çimərliklər restoranlar tərəfindən zəbt olunub. Novxanı Sumqayıtın ərazisinə daxil edildikdən sonra bu tikintilər daha da sürətlənib.

Şəhərin icra başçısı Zakir Fərəcov dəniz sahillərində sadə insanların istirahəti üçün olan çimərlikləri fantastik qiymətə satışa çıxarıb. Hazırda boş qalan ərazilər də satılıb və tikinti işləri gedir.

Sumqayıt ŞİH Novxanıda torpaq almaq istəyənləri incitmir, pulunu ver, yerini al. Nəticədə çimərliyə getmək üçün restoranların içindən keçməlisən. Buna da icazə verilmir.

Əslində tikintilər aparılarkən çimərliklərə yol saxlanmalıdır. Ancaq Z.Fərəcovun özünə məxsus olduğu iddia edilən “Kalyon” restoranı da daxil olmaqla Novxanıdakı istirahət mərkəzləri çimərliklərə girişi yasaqlayıblar.

Bundan əlavə, Novxanıda torpağın sotunun qiyməti üç kateqoriyaya bölünür. Dənizə yaxınlıq məsafəsi nəzərə alınaraq məbləğlər dəyişir.

Öyrənmişik ki, dənizə daha yaxın yerdə torpağın sotu 8-10 min manatdır. Dənizdən uzaqlaşdıqca sotu 5-7 min arasında almaq mümkündür.

Ona görə də 1-2 ilə Novxanıda torpaq tapmaq belə olmayacaq. Dəniz hasarlanıb, çimərliklərə giriş qadağandır, tikintilər sahil boyunca genişlənir, kəndin hər tərəfindən hündür malikanələr boylanır.

Torpağın qanunsuz zəbt edilməsi ilə Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsinin tələbini pozanlar yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

FİA.Az KİV-ə istinadla xəbər verir ki, Z.Fərəcovdan narazılıq xırtdəyə qədərdir.

501 saylı Bakı-Saray-Sumqayıt marşrut xətti üzrə hərəkət edən “DAEVO” markalı avtobuslar, Sumqayıt şəhər İcra Hakimiyyətinin baçşısı Zakir Fərəcovun xüsusi tağşırığı ilə oğurlanaraq gizlədilib.

Sahibkarların iş fəaliyyətinə mane olan icra başçısı indi də “AMAL-D” şirkətinin nəqliyyat vasitələrinin istismarını saxlatdırdığından, 32000 sakini olan Saray qəsəbə əhalisini nəqliyyatsız qoyub.

Sahibkar Dönməz Məmmədova hədə-qorxu gələn Zakir Fərəcov, onu hədələyir. Onun birinci müavini Sahib Quliyev isə, sahibkara “sizin taleyinizi Surət Hüseynovun aqibəti gözləyir” deyərək bildirmişdi.

Görəsən sahibkarların fəaliyyətlərini iflic edən Zakir Fərəcovun qanunsuz əməllərinə son qoyulacaqmı???

Mayın 16-da, axşam saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri Sumqayıt-Saray yolunu bağlayıblar. Sakinlər Sumqayıta gedən marştrutların azlığına etiraz ediblər.

Aksiyaçıların verdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Saray və Novxanı qəsəbələrindən gedən avtobusların Sumqayıta daxil olmasını yasaqlayıb.

“Bir həftədir Sumqayıta avtobuslar işləmir. 6-7 marşrut dayandırılıb. Sumqayıta 50 qəpiyə gedirik” – deyə sakinlər bildiriblər.
Hadisə yerinə icra nümayəndəsi, polis və marşrut xəttinin sahibi gəlib. Polisin müdaxiləsi ilə Sumqayıt-Saray yolu açılıb.
“Olaylar”a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə gətirilən şəxsin kimliyi yaxın günlərdə bəlli olacaq.

Yeni merin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və yaxud Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin olacağını bildirib. Sumqayıt ŞİH-nin mövqeyini dərc etməyə hazırıq.

Paylaş