Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun yerli sahibkarlara rəsmən divan tutması barədə məlumatları dəfələrlə diqqətinizə təqdim etmişik. Bu dəfə də DİA.AZ-a müraciət edən sahibkarlar başçıdan giley edirlər.

Qaradağ rayonu ərazisində karxana işlədən bir qrup sahibkar DİA.AZ-a yazır: “Süleyman Mikayılovla bağlı müxtəlif orqanlara etdiyimiz şikayətlərə baxılmır. Səbəb kimi də daha çox anonimlik göstərilir. Amma biz nə edə bilərik ki? Onsuz da başçı və qardaşı Bağır günümüzü göy səkiyə büküb, şikayətçilərin kim olduqlarını bilərsə… artıq nə baş verəcək, hər kəs təxmin edə bilər.

Onların arxasında Kəmaləddin Heydərov durur. Biz isə Allah ümidinəyik. Ona görə də DİA.AZ vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik: Əgər Süleyman Mikayılov vəzifəsindən azad olunarsa, biz Azərbaycan dövlətinə vurulmuş ziyanları sübut edən şok faktları təqdim edəcəyik. İndi isə bu adamlar çox güclüdür və biz də qorxuruq”.

Sahibkarlar daha sonr dia.az-a yazırlar ki, bu gün Süleyman Mikayılovu ölkənin “miniÇovdarovu”na da bənzətmək olar: “Çovdarov ölkə miqyasında sahibkarları talayırdı, Mikayılov da Qaradağ ərazisində. Yəni imkanı olsaydı, Çovdarovdan da betər olardı”.

Paylaş