Rüşvət verməyənlərin evi başına uçurulur


Şirkətinin Sabunçu rayon şöbəsinin İqbal (keçmiş bələdiyyə məmuru) və Kərim adlı əməkdaşları, Sabunçu rayon 4-cü mədən, Əmir Bağırov küçəsi 14 ünvanında yaşayan Şahmərdanov Müsayili intihara təhrik etdi.

Belə ki, Müsayilin həyat yoldaşı Aytən Şahmərdanova müraciəti zamanı öndə qeyd edilən Socar əməkdaşları, vətəndaşın evinin qanunsuz tikili olduğunu qeyd edib evdən çıxmalarına, çoxsaylı əməkdaşlarla təzyiq göstərildiyini bildirdi. Ş.Müsayil cavab olaraq Sizin özünüzün də eviniz Neft ərazisində yerləşir, sökürsünüzsə birinci özünüzdən başlayın.

Əks halda məni ölümə təhrik etməyin, dedikdən sonra onlar cavab olaraq “nə istəyirsən et” biz belə sözləri çox eşitmişik. Bu kimi fikirlər Ş.Mərdanovun öz üzərinə benzin tökərək, özünü yandırmağına səbəb oldu.

Biz bu faktla bağlı İqbal adlı Neft şirkətinin əməkdaşının fikirlərini öyrənmək istədikdə o isə cavabında “Mən sizə heç bir məlumat verə bilmərəm” deyə bildirdi.

Aidiyyəti orqanlardan xahiş edirik ki, bu cür hallara biganə yanaşmayaraq xalq və dövlət arasında stabilliyin qorunması nöqteyi-nəzərindən lazımi tədbirləri həyata keçirsinlər.

Xəqani Sabiroğlu

İnfoPlyus.Tv

 

Paylaş