Tanınmış  kinorejissor Şeyx Əbdül Mahmudbəyovla Başı Şəhər İcra Hakimiyyətinin sabiq meri, hal-hazırda baş nazirin müavini təyin olunan Hacıbala Abutalıbov arasında mənzil çəkişməsi davam edir.

Şeyx Əbdül Moderator.az-a açıqlamasında bildirib ki, artıq o, bununla bağlı açıq müraciətlərə başlayacaq:

“Məhkəmə qərarları hələ də icra olunmayıb. Mənimlə ağız-ağıza görüşüb öpüşürdü, amma indi onun mənə qarşı belə laqeyd münasibətinin səbəbi bəlli deyil. Bildiyiniz kimi bütün məhkəmə qərarlarında evimin təmir olunmasıyla bağlı qətnamə qəbul edilib, amma çox təəssüflər olsun ki, indiyə kimi icra olunmur. Mən artıq bu yaxında media vasitəsi ilə yenidən açıq müraciətlərə başlayacam. Hətta bir mətbuat konfransı keçirmək fikirim var”.

Xalırladaq ki, “Qış Parkı”nın tikintisi zamanı Şeyx Əbdül Mahmudbəyovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən Hacıbala Abutalıbov zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

Paylaş