Bir neçə gün əvvəl Conflict.az İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun fəaliyyətinin Ədliyyə nazirliyi tərəfindən araşdırılması ilə bağlı məlumat dərc etmişdi. 
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Məlumatda bildirilirdi ki, adı mütəmadi olaraq kənd sakinlərinə məxsus torpaq sahələrinin müxtəlif adlar altında ayrı-ayrı şəxslərə satışı qalmaqallarında hallanan Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov iş adamı Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağında kommersiya məqsədli obyektin tikintisi üçün icazə sənədi verib. Və onu da xatırlatmışdıq ki, Kamil Kərimov rayonda ana və uşaq ölümlərində daha çox adı hallanan həkim-ginekoloq Əzizə Məmmədovanın həyat yoldaşıdır.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Ötən gün Conflict.az-a rayondakı mənbədən daxil olan məlumatda bildirilir ki, bir zamanlar Əzizə Məmmədovanın bu kimi əməllərinə görə onun həkimlik statusu belə əlindən alınıbmış. Mənbə əlavə olaraq qeyd etdi ki, ana və uşaq ölümləri zamanı dünyasını dəyişmiş şəxslərin yaxınları hadisə baş verən an, affekt vəziyyətində, etiraz əlaməti olaraq dəfələrlə İmişli MRX-yə müxtəlif dərəcəli maddi ziyan vurublar. Lakin nədənsə, hansısa “gizli əl” hələ də bu xanımın İmişli MRX-də həkim kimi fəaliyyət göstərməsinə şərait yaradır.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Məhz səhvlərin, günahların cəzasız qalması səbəbi ilə indi də Əzizə Məmmədovanın həyat yoldaşı, iş adamı Kamil Kərimov rayon ərazisində, hətta dəmir yol xəttinin qanunla qadağan edilmiş zonasında, yüksək gərginlikli elektrik xəttinin altında belə özü üçün kommersiya məqsədli nəhəng obyekt inşa etdirir. Ötən gün İmişlidəki mənbənin ərazidən çəkdiyi şəkillərə nəzər salanda aydın görünür ki, obyektin tikintisi elə bir ərazidə aparılır, hətta “Aqroliznq” ASC-nin İmişli rayon bölməsinin, Cəfərli kəndi ərazisindəki anbarlarına vaqonlarla gətirilən malların boşaldılmasında belə gələcəkdə ciddi problemlər yaranacaq. Və məsələ bununla da yekunlaşmır. Əvvəla baş verən qanundankənar hadisə barədə əgər paytaxtda fəaliyyət göstərən bir media orqanı xəbər tutursa, görəsən nədən İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin bu məsələdən xəbəri yoxdur? Ola bilsin ki, cənab İcra başçısı hər gün ərazini gəzmir. Bu normal haldır. Bəs elə olan təqdirdə nədən onun Yalavac və Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Ələsgərov gələcəkdə dövlət müəssisəsinə cddi fəsadları olacaq bu problemə göz yumur?
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Axı Yalavac bələdiyyəsnin sədri Qəhrəman Qəhrəmanov “İştar” məbədinin kahini deyil ki, onların etirazlarına görə kəndlərinə yağış yağdırmaya. Və bunun da nəticəsi olaraq kənd sakinləri həmin icra nümayəndəsinə etiraz edə. Nəticədə etirazln səsi cənab Vilyam Hacıyevə qədər çatdırıla və… Qəhrəman Qəhrəmanov sıradan bir kənd bələdiyyəsinin sədridir cənablar. Həm də illərlə yaratdığı problemlərdən dolayı bu gün haqqında Ədliyyə nazirliyinin araşdırma apardığı bələdiyyə sədridir. Eyni zamanda insanların sevmədiyi, hətta qanusuz hərəkətlərinə etiraz belə etdiyi bələdiyyə sədridir. Hadisələrdən görünür ki, bu şəxs xalqın iradəsindən kənar həmin vəzifəni daşıyır. Əks halda məhsul yığımına az qalmış onun bələdiyyə sədri olduğu kəndin sakini ölkə Prezidentinə video müraciət etməzdi.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Görəsən İmişli rayon rəhbərliyi üçün bu qədər fakt yetərli deyilmi? Bu qədər etirazların, davamlı şikayətlərin fonunda insan düşünmək zorunda qalır: Axı Qəhrəman Qəhrəmanovun görəsən nəyi, hansı iş prinsipi İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin xoşuna gəlir ki, o, bu günə qədər bələdiyyə sədrinin vəzifəsində qalmasına hələ də göz yumur?

Kamil Kərimovun bu gün dəmir yolu xəttinin mühafizə zolağına düşən ərazidə kommersiya obyekti tikdirmək istəyi normal olmasa da, tutaq ki, adam bu qədər düşünür və gələcəyə hesablanmış özəl “planları” var. Bəs axı bələdiyyə sədri ölkə qanunlarını nəinki yaxşı, hətta əla bilməlidir ki, bu ərazidə hər hansı tikili inşa etmək qadağandır. Görəsən Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yolu xəttinin mühafizə zolağında uzunluğu təxminən 100 metr, eni 20 metr olan obyektin tikintisi üçün icazə sənədi verəndə Azərbaycan Dəmir Yolları QSC-nin İmişli lokomotiv deposu ilə məsləhətləşmələr aparıbmı? Və ya əraziyə birgə baxış keçiriblərmi? Bundan əlavə “Aqroliznq” ASC-nin İmişli rayon bölməsinin rəhbərliyi özünün baş idarəsinə məsələ ilə bağlı məlumat veribmi? Ən azından gələcək fəaliyyətinə problem yaranacağı ilə əlaqədar heç olmazsa rayonun hüquq-mühafizə orqanlarına şikayət xarakterli müraciət göndərilibmi? Mövcud lal-süküt və hadisələrin gedişindən görünür ki, hər kəs MƏMNUNDUR. Problem dövlət müəssisəsi üçündür. Onlara rəhbərlik edən şəxslər üçün yox.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Xatırladaq: “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 3-cü bənddə, “Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması” bölümündə qeyd oulnub:
16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, Azərbaycan Respublikası Nəqliyyat və Rabitə Nazirliyinin razılığı ilə ADDY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Göründüyü kimi Kamil Kərimov mövcud ərazdə nə bostan əkib, nə də ot çalır. Həhəng obyekt inşa etdirir. Həm də müvəqqəti deyil. Əbədi. Bəs elə isə nədən qanunları nəinki özünüz pozursunuz, başqalarına da bu istiqamətdə şərait yaradırsınız?
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO

Paylaş