Korrupsiya.Az- Dünən bir zamanlar gömrük sistemində meydan sulayan məşhur broker Əbülfəz Məlikovla hazırda Gömrük Komitəsinə rəhbərlik edən Səfər Mehdiyevin biznes maraqlarının toqquşması ilə bağlı ilginc faktların yer aldığı məlumatlar yayıldı. DİA.AZ xatırladır ki, həmin məlumatlarda Əbülfə Məlikovun DGK şefi ilə açıq savaşa girdiyi qeyd olunurdu.
Belə ki, xəbərlərər görə, Əbulfəz Məlikovun “Meyvəli gomruyun”dən uzaqlasdirilmasına çalışan Səfər Mehdiyev Məlikovun sağ əli olan, “Meyvəli gomruyu”nun qeyri rəsmi rəisi ( Ə.Məlikov təyin edib və butun işləri onun göstərişi ilə icra edir) sayılan həmyerlisi İntiqam Mahmudovu hədəfə alıb. Bu işlərə isə Səfər Mehdiyevin Sahib adlı bacısıoglu nəzarət edir və onların arasında ciddi toqquşma var.
Məlumata görə, hələ 2015 ci ildə Sahib “Meyvəli bazarı”na gələrək İntiqam Mahmudovla konfilikt yaşayıb. Buna cavab olaraq Ə.Məlikov həmin vaxtı S.Mehdiyev barəsində yuxarı orqanlara sikayət edib. Nəticə etibarilə də həmin dövrdə Səfər Mehdiyevin bir çox səlahiyyətləri əlindən alınıb.
Xəbərlərdə həmçinin vurğulanır ki, DGK-nin sədrinin bacısı oğlu olan Sahib, İntiqam Mahmudovu Meyvəlidəki Əbulfəz Məlikovun “şuşəli ofis” adlandırılan baş ofisində (Ə.Məlikov meyvəlidəki bütün goruşlərini, iclaslarını bu ofisdə kecirir – red..) döydüyündən bunu yuxarı orqanlara kamera vasitəsilə subut etmək heç də cətin olmayıb. S.Mehdiyevin səlahiyyətlərinin alinmasına nail olan Əbulfəz Məlikov ardından kadr dəyişiklərinə başlayıb.
DİA .AZ-a danışan mənbə bildirir ki, indi kifayət qədər güclü görünən Səfər Mehdiyevin Əbülfəz Məlikova iqtisadi zərbədən savayı, həm də daha ağır iyanlar vura biləcəyi gözləniləndir: “Əbülfəz Məlikovla bağlı Səfər Mehdiyevin də kampramatları var. Onlar “yuxarılara” təqdim olunarsa, keçmiş borkerin durumu gərginləşə bilər. İndi Səfər Mehdiyev bu faktlardan istifadə edəcək, ya yox… Bunu zaman göstərəcək…”