Sabunçu rayonundakı 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun valideynlərə əxlaqsız təkliflər etdiyi iddia olunub.

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib.

O bildirib ki, valideynlər bir problemlə əlaqədar direktorun qəbuluna gediblər. O isə valideynlərə “gedin, paltarınızı dəyişin gəlin, bulvarda söhbət edək” deyib.

Buna etiraz olaraq, valideynlər ötən gün məktəbin önünə etiraz üçün toplaşıblar. A.Ələkbərov valideynlərin önünə çıxmayıb və məktəbin qapısı bağlanıb. Direktorun etikadankənar təklif səslədirərkən, o söhbətdə iştirak edən xanım valideynlərdən birinin həyat yoldaşı isə məktəbin qapısının şüşəsini qırıb və Azər Ələkbərovun valideynlərin önünə çıxmasını tələb edib.

Ötən gün başlayan etirazların hazırda da davam etdiyi bildirilir. Valideynlərə A.Ələkbərovun işdə olmadığı. bu gün işə çıxacağı bildirildiyi üçün, valideynlər hazırda məktəbdədir. İddiaya görə, valideynlərdən biri əsəblərinə hakim ola bilməyib və direktora xəsarət yetirib.

Xəbər yenilənəcək…

Qeyd edək ki, bu, Azər Ələkbərovla bağlı ilk neqativ olay deyil. O, rəhbərlik etdiyi məktəbdə 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi və başqa olaylarla bir müddət əvvəl də gündəmə gəlmişdi.

Paylaş