Teref.az- verilən məlumata görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən Maliyyə Nazirliyinin təftiş briqadası Gədəbəyə yollanıb. Təftişçilər rayonun keçmiş icra başçısı Ramiz Yediyarovun işlədiyi dövrdə dövlət büdcəsində rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına ayrılan 10 milyonlarla manatın xərclənməsinin icra vəziyyətini araşdırır. Ortaya böyük maxinasiyaların çıxması haqda xəbərlər dolaşır. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən Maliyyə Nazirliyinin təftiş briqadası Gədəbəyə yollanıb. Təftişçilər rayonun keçmiş icra başçısı Ramiz Yediyarovun işlədiyi dövrdə dövlət büdcəsində rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına ayrılan 10 milyonlarla manatın xərclənməsinin icra vəziyyətini araşdırır. Ortaya böyük maxinasiyaların çıxması haqda xəbərlər dolaşır. Ramiz Yediyarovun rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla əlbir olaraq bu təyinat üzrə külli miqdarda dövlət vəsaitini taladığı da gələn məlumatlar arasındadır. Yaxşı olar ki, təftiş qrupu Ramiz Yediyarovun dövründə baş verimiş və bu gün də saxta veteranlıq sənədləri ilə müavinət alan, büdcədən bələdiyyələrə ayrılan, lakin bankdan Namiq Məmmədov vasitəsi ilə alınaraq birbaşa başçıya çatdırılan dotasiya vəsaitlərini, səhiyyə, təhsil, mədəniyyət sahələrinə ayrılan büdcə pullarının da xərclənmə vəziyyətini yoxlasınlar. Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib. Bundan sonra barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Ramiz Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurmasına əsaslı şübhələr olduğu üçün onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Ramiz Yediyarov sabiq vergilər naziri Fazil Məmmədov kadrı hesab olunur. Onun təqdimatı ilə 2012-ci il aprelin 18-dən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Ondan əvvəl isə Ramiz Yediyarov vergi orqanlarında çalışıb. Belə ki, 1997-ci ildən dövlət vergi orqanlarında müxtəlif ərazi idarələrinə rəhbərlik edib. Sonradan icra başçısı təyin olunanadək Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub.

Paylaş