Mayın 11-də paytaxtın Cəfər Xəndan küçəsində 90-ZL-002 dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” markalı avtomobilin sürücüsünün yolun hərəkət istiqamətinin əksinə hərəkət etməsi anı digər avtomobildəki kameraya düşüb.
Teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntüləri qeydə alan sürücü may ayında bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazaraq sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Ərizə Bakı Şəhər DYP İdarəsində araşdırılıb və vətəndaşa 08.02.2018-ci il tarixdə cavab olaraq bildirilib ki, “90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhərrəmli Zamiq Məhərrəm oğlunun qayda pozuntusu müəyyən olunmuş və həmim sürücü barəsində incibati icraata başlanılmışdır”.
Bu cavab vətəndaşı qane etmədiyinə görə yenidən DYP idarəsinə rəsmi müraciət edib. Bu dəfə müraciəti Binəqədi rayon DYP bölməsində araşdırılıb və 07.09.2018-ci il tarixdə Binəqədi rayon Polis Şöbəsinin rəisi polis polkovniki Namiq İsmayılovun imzası ilə sürücüyə cavab məktubu göndərilib. Məktubda vətəndaşa cavab olaraq bildirilib ki, “Araşdırma zamanı “Mercedes” markalı 90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarını pozması, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratması faktı üzrə kifayət qədər sübutlar olmadığı üçün sürücünü inzibati məsuliyyətə cəlb etmək mümükün olmamışdır”.
Binəqədi rayon DYP-nin verdiyi cavabdan belə çıxır ki, kiməsə maneə yaratmırsansa, deməli əks istiqamətə çıxaraq yol hərəkəti qaydasını pozmaq qaydalar çərçivəsində olacaq. Cavabdan başa düşmək olur ki, qanun bahalı nömrələrlə idarə edilən avtomobillərin sürücülərinə şamil olunmur və onlar belə halda qayda pozmamış sayılır. Lakin hansısa digər ucuz markalı və sadə qeydiyyat nişanlı avtomobili ilə sağdan ötmə edən avtomobilin sürücüsü “Avtoxuliqan” etmiş sayılır.
Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, ölkədə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa cəmiyyət düzgün formalaşacaq. Lakin görünür ki, Binəqədi rayon Polis İdarəsi cəmiyyətdəki qanunsuzluqlara qarşı ictimai nəzarətə hörmətsiz yanaşır.
Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.
Bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni...