Hər il prezidentin fərmanı ilə inkişafına milyonlar bəlkə də, milyardlar sərf edilən Bakı şəhəri və ətraf qəsəbələr bəzən olur ki, baş verən adi təbiət hadisələrinə dözə bilmir. Fəslə uyğun olan adi yağışlar yağan kimi küçələri və məhəllələri su basır, kanalizasiyalar işləmir, sakinlərə xeyli ziyan vurulur. Bunun da, elementar ilkin səbəbi təbii ki, rayona təyin olunan icra hakimiyyətlərinin düzgün formatda işləməməsdir. “Rəhbərlik etdiklərimiz ərazilərdə hər iş qaydasındadır”,- deyə ölkə başçısına yalandan hesabatlar verib onu aldatmaqda davam edirlər. Azerbaycanrealligi.com xəbər verir ki, bu fotolarda və videoda gördüyünüz mənzərə şəhərə yaxın Nərimanov rayonu Montin qəsəbəsinin Daş karxanası küçəsində baş verib. Mənim özüm də artıq 5 ilə yaxındır ki, bu küçədə yaşayıram. Demək olar ki, bu məhəlləyə köçəndən müşahidə edirəm ki, burada qurulmuş kanalizasiya sistemi bərbaddır, həqiqətən, acınacaqlı vəziyyətdədir. Aidiyyatı orqanlara dəfələrlə şikayət olunsa da, dəfələrlə bu problemi ictimailəşdirsəm də, bir məmurun vecinə belə olmayıb, amma rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyev və onun müavini Şahmar İbadov özlərinə iri villa, bahalı maşın və yaxud müxtəlif ərazilərdə mənzillər, mülklər almaqla məşğuldurlar. Görünür ki, bunlara keçmiş MTN generallarının həbsi dərs olmayıb, onların sakinləri saymamasının nəticəsi sonda prezidentlə vətəndaş arasında münaqişəyə gətirib çıxarır. Nərimanov rayonunda baş verən məmur özbaşınalığı haqqında çox yazmaq olar. Xüsusən də, rayonun başçısı Abdin Fərzəliyev və onun müavini Şahmar İbadov haqqında necə ki, hər gün bunların dırnaqarası “xeyirxah işləri” media gündəmindən düşmür, eləcə də, çox uzun-uzadı yazmağa ehtiyac yoxdur, zatən də faydası olmayacaq… Sözügedən video və fotoları təqdim edirik.
Ana Səhifə Gündəm Bakının mərkəzi – Nərimanov rayonu su içindədir., İcra hakimiyyəti isə gözə dəymir...