Azərbaycan Respublikası Sәhiyyә Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xәstәxanası – ölkәmizdә psixiatrik xidmәtin tәşkil olunduğu әn böyük müәssisә hesab olunur. Son vaxtlar xəstəxananın fəaliyyətində bəzi neqativ halların yer alması barədə KİV-də məlumatlar dolaşır. Təbii ki, tənqidi məqalələrdə ilk növbədə səbəbkar kimi xəstəxananın baş həkimi Ağahəsən Rəsulov hədəf götürülür. Amma gerçəklik bundan ibarətdir ki, neqativ hallar müəssisə rəhbərindən aşağı vəzifə tutan, lakin arxası-dayağı, havadarı güclü olan funksionerlər tərəfindən də törədilir. Belələrindən biri də Xəstəxananın təsərrüfat şöbəsinin müdiri, əslən Kürdəmir rayonunundan olan Şahin bəydir. Biz onun mənsub olduğu bölgənin adını əbəs yerə vurgulamırıq. Çünki əldə etdiyimiz məlumatlara görə, ona havadarlıq edən Səhiyyə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Zahid Qəribov da eyni kənddəndir. Nazirliyin keçirdiyi tikinti tenderlərində həmişə öz inşaatçı həmyerlilərini qutudan qalib çıxardığına görə tənqid olunan Zahid Qəribov məşhur biznesmen, sabiq deputat Fərhad Qəribovun əmisioğludur. O da qeyd olunur ki, yetərincə zirək adam olan Şahin, Zahid Qəribovdan əvvəl Səhiyyə nazirinin mərhum müavini Abbas müəllimin “qoltuğuna sığınıbmış”. Şahinin öz yanında işə düzəltmiş olduğu həyat yoldaşının bir müddət əvvəl müəssisədən oğurluq etdiyi yerdə mühafizə polisi tərəfindən yaxalandığı, müəssisə rəhbərliyi tərəfindən işdən qovulduğu bildirilir. Oğurluq faktının üstünün açılmasında anbardar Raya xanım fəallıq göstərib. Lakin arvadının işdən kənarlaşdırılması Şahini heç də mütəəssir etməyib, onun yerinə özünə başqa, daha cavan çaydəmləyən – Gülnarə adlı xanımı tapıb. Həmin xanım personalın başqa üzvlərindən üstün imtiyazları ilə seçilir, təsərrüfat müdirinin kabinetində diqqətiçəkəcək dərəcədə çox vaxt keçirir. Ekstravant və sərbəst geyimi, yüngülməcaz hərəkətləri ilə fərqlənir. Etibarlı mənbədən verilən məlumata görə, arvadı əgər ərzağı zənbil-zənbil daşıyırdısa, Şahin bəy özü xəstələrə verilən ərzağın 40 faizindən çoxunu mənimsəyir, tanış mağazalarda satdırır. Çox vaxt həmin ərzaq kağız üzərində müəssisənin anbarına mədaxil olunur, faktiki olaraq çöldən-çölə “pay-püşk” edilir. Xəstələrin sayının 2000 nəfərdən yuxarı olduğunu nəzərə alanda mənimsənilən vəsaitin necə böyük kəmiyyətlə ifadə oluna biləcəyini təsəvvür etmək olar. Eşitdiyimizə görə, Şahin məhrəm məclislərdən birində istehza ilə psixi xəstələrə dair belə bir söz işlədib: “Guya çox yesələr, ağıllanacaqlar ki?” Aylıq maaşları vur-tut 200-250 manat təşkil edən xidmətçi personalın üzvləri də Şahindən gileylidirlər. Onlardan biri informatorumuza sirr açıb ki, Şahin hətta onların özlərinə verilən nahar yeməyindən də kəsib. Buna görə də sabiq təsərrüfat müdiri Füzuli müəllimin atasına rəhmət oxuyurlar.

Yuxarıda qeyd olunan faktlarla bağlı Şahin bəyə telefon açıb onun da mövqeyini öyrənmək istədikdə o, bizi tərbiyəsinə xas olan tərzdə təhqir edib hədələməkdən belə çəkinmədi. Aidiyyatı qurumlara etdiyimiz müraciətdən sonra mövzuya qayıdacağıq.azerinfo.az/

Paylaş