Bi surəti Teref.az-ın poçtuna daxil olan bu şikayət məktubunu oxuculara təqdim edirik. Şikayətçi yazır:
Prezident köməkçisi, MHŞ üzvü Fuad Ələsgərova
NK-nın hüquq şöbəsinin müdiri Günəş xanım Vəliyevaya
Ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədova
MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə
Ali Məhkəmənin sədri, MHŞ üzvü Ramiz Rzayevə
Baş prokuror Zakir Qaralova və digər bağlantılı qurumlara və hüquq mühafizə orqanlarına
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, V massivi, ev 31, m. 28 tel 050,070 3276309
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu tərəfindən
Ədliyyə Nazirliyinin Suraxanı rayon icra şöbəsinin (Vüsal Əliyev ) və ona haqq qazandıran icra baş idarəsinin məsləhətçisi Rəsul Ağayevin cinayətkar savadsızlıqlarına hüquqi qiymət verilməməsindən ŞİKAYƏT
Barəmdə qanuni qüvvəyə minmiş, icraya yönələn məhkəmə qərarı olmadan Suraxanı icra məmuru Vüsal Əliyev (tel.0705717878) özbaşına həm reabilitasiya vasitəsi olan avtomobilimə həbs qoyub, həm də məktubla pensiyamdan 50 faiz tutulmasını ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə tapşırıb. ƏƏSMN -in daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov şikayətimi 2 günə araşdırdığını və icra məmurunun məktubu ilə avqust ayından pensiyamdan 50 faiz :Rəvan sığorta”ya ödənildiyini bildirib. Məktub əsasında məhkəmə qərarı olmadan əlilin pensiyasının yarıqat edilməsini bir qırağa qoyaq. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsindən də icra məmurlarının xəbəri yoxdur? Yoxdursa, necə icraçılıq edirlər? 68-ci maddəni diqqətinizə çatdırıram. 68. Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri.
68.1. Tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz.
68.1.2.xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış şəxslərə ödənilən məbləğlərə.
Mən Azərbaycan Respublikasının müdafiəsində xidməti vəzifəmi yerinə yetirərkən düşmən gülləsinin ağ ciyərimin üçdən ikisini aparması xəsarətindən əlil olmuşam. Yəni, lap borclu da olsam, “İcra haqqında” qanunun 68.1.2 maddəsi mənim pensiyamdan faiz tutulmasına yol vermir.
Sizdən “İcra haqqında” qanundan xəbərsiz olan icra məmurlarının hərəkətinə hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirəm.
Hörmətlə, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu.