Bir surəti Teref.az-ın elektron poçtuna göndərilən və əlil və şəhid ailələrinin çıxılmaz durumda olduqlarını göstərən bu şikayət məktubunu inanırıq ki, ünvanlanan instansiyalar nəzərə alaraq təcili ölçü götürəcəklər.
Şikayətçilər teref.az-a yazırlar:
Prezident İlham Əliyev cənablarına
1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya
Prezident yanında korrupsiyaya qarşı mübarizə komissiyasının sədri, akademik Ramiz Mehdiyevə
BŞİH başçısının səlahiyyətlərini icra edən Eldar Əzizova
Surəti :
Baş nazir Novruz Məmmədova
MM-in sədri Oqtay Əsədova
Ədliyyə naziri Fikrət Məmmədova
ƏƏSM naziri Sahil Babayevə
İqtisadiyyat naziri Şahin Mustafayevə
Fövqəladə hallar naziri Kamaləddin Heydərova
Baş prokuror Zakir Qaralova
Daxili işlər naziri, general-polkovnik Ramil Usubova
DTX rəisi Mədət Quliyevə
AQUPDK sədri Hicran xanım Hüseynovaya
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə
MM Aparatının rəhbəri Səfa Mirzəyevə
MM Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə xanım Abasovaya
MM-in 1-ci vitse-spikeri Ziyafət Əsgərova
MM-in vitse-spikeri, insan hüquqları komitəsinin sədri Bahar xanım Muradovaya
MM-in komitə sədri Əli Hüseynliyə
MM-in komitə sədri Hadı Rəcəbliyə
MM-in komitə sədrininmüavini Vahid Əhmədova
Hesablama Palatasının sədri Vüqar Gülməmmədova
Nərimanov rayonundan millət vəkili Adil Əliyevə
Millət vəkili Qənirə xanım Paşayevaya
Şəffaflıq Azərbaycan KQMT-nin icraçı direktoru Rəna xanım Səfərəliyevaya

Nərimanov rayonu, Əhməd Rəcəbli -46 ünvanındakı əlil və şəhid ailələrinə tikilən evi zəbt edənlərin yeni vandalizm, hasarlama əməlinə hüquqi qiymət verilməməsindən
ŞİKAYƏT
2004 -cü ildə tikintisi başlayan, 36 sotluq ərazidən əlil və şəhid ailələrinə cəmi 8 sotda 2009 -cu ildə dövlət sifarişi ilə tikilən evi və həyətini zəbt edənlər yeni dələduzluğa əl atıblar. İndi də həmin binanın olmayan həyətini zəbt edənlər yeni hasarlama -tikinti işlərini başa çatdırıblar. Əlaqədar dövlət qurumları isə əlillərə hüquqi yardım etmək, qanunsuz tikililərin sökülməsini təmin etmək əvəzinə, rüşvətlə özbaşınalıq edirlər. Biz Nərimanov RİH -in, BŞİH-in özünün əlil və şəhid ailələrinin evini zəbt etmələrindən şikayət edirik, şikayətimiz qanuna zidd olaraq barəsində şikayət etdiyimiz Nərimanov RİH -ə göndərilir və qanunsuz tikinti nəinki dayandırılır, əksinə daha da sürətlə başa çatdırılır. Bizə isə qaraj yeri tapılmır. Şahmar İbadov, Rəşid Ağayev özləri buranı zəbt edənlərdəndir. Bunlar neçə ildir əlil və şəhid ailələrinin həyətini və həyatını şəxsi maraqlarına qurban veriblər. Gəlin, bu evə baxın, görün burda yaşamaq olar, ya yox? Evin nə pandüsü var, nə kanalizasiyası, nə TV ötürücüsü, nə həyəti. Layihəyə əsasən, ev yolun kənarında olmalı idi. Lakin məmurlar evin yerində özlərinə kommersiya obyektləri tikiblər. Bina 4 tərəfdən məmur villaları ilə hasarlanıb. Evi zəbt edənlər BŞİH-in, Nərimanov RİH -in,NK İşlər İdarəsinin vəzifəli şəxsləridir. 10 -AA-288, 10-PP-288 nömrəli NK İşlər İdarəsinə məxsus maşınların buranı dayanacaq etməsi də bunu təsdiq edir. Fövqəladə hallarda bura təcili yardım, yanğın təhlükəsizliyi maşınları girə bilmir. Fövqəladə Hallar Nazirliyi niyə bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin etməyib? İndi də həmin ərazidə tikinti -hasarlama işləri kimin icazəsi ilə aparılır? Ev əlillərin olduğu halda oranı zəbt edənlər əlillərə nə evin yanında aaraj yeri ayırır,nə də qıraqda. Haranı göstəririk,satırlar. 7 ildir Ağa Nemətulla-189 ünvanının yanındakı balaca boş yerə sərəncam verilməsinə söz verilsə də, hələ də qanuni hüququmuz təmin olunmayıb. Dövlət sifarişi ilə əlil -şəhid ailələri üçün inşa edilən evi hansı qudurğan məmurlar zəbt edib, yerində “Nobel Elektrik”, “Hilal Elektrik”,”Omid” və s. kommersiya obyektləri tikiblər? Bu qudurğanlığa, özgənin-əlilin, şəhidin, Milli Qəhrəmanın evini zəbt etməyə hüquqi qiymət verilməsini tələb edirik.
BŞİH-dən 28.09.2018 -ci ildə saat 15 -dən 17-yə kimi Nərimanov bağında 500 nəfərlik, Əlil, şəhid ailələrinin evini zəbt edənlər cəzalandırılsın!”,”Əlillər barədə ayrı-seçkiliyə son qoyulsun”,”Əlillərə ombudsman təhkim olunsun” şüarları ilə planlaşdırdığımız mitinqi razılaşdırmağını xahiş edirik.
Hörmətlə, DİN-in 1-ci qrup Qarabağ əlili, əlillərin hüquq müdafiəçisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu və əlavə 31 əlilin imzaladığı imza vərəqi.
15.09.2018
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az



Paylaş