Prezidentin bir neçə il əvvəl keçirdiyi konfransda məmurlara tövsiyyəsi və xəbərdarlığı bəziləri tərəfindən qulaqardı edilməkdədirDövlət başçısı Ağcabədidə məcburi köçkünlərlə birgə ad gününü keçirdiyini xatırladaraq, məmurları bahalı yubiley məclisləri təşkil etməkdən imtinaya çağırmışdı.

Cahan.info xəbər verir ki, bu günlərdə bakupost.az tərəfindən videosu yayılan “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovun 60 yaşını təm-təraqlı keçirməsi isə sosial şəbəkələrdə bu xəbərdarlığa məhəl qoymamaq kimi qiymətləndirildi.
Onun ad günündən çəkilən videoçarx internetdə paylaşılıb və müzakirələr açılıb. Görüntülərdə QSC əməkdaşlarının böyük qatar formasında masaboyu tort hazırlatdırdığı görünür.

Onun buna verdiyi reaksiya və jestlər də diqqətdən qaçmayıb. İnternet istifadəçiləri arasında isə kimisi vətəni Kəlbəcərin işğalda olmasını, kimisi Şahbazla Dilqəmin erməni separatçılarının əsirliyində qalmasını yada salaraq millət vəkilinə bu cür dəbdəbəli yubileyi yaraşdırmadıqlarını yazıblar.

Üstəlik, həmin gün dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn elektorvoz qəzaya uğrayıb, qatar relsdən çıxmışdı. Nəticədə Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətində xeyli gecikmə yaranmışdı.

Bakıya gələn sərnişinlərin qohumlarının milli.az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşmişdi. Amma belə gündə ölkənin baş dəmiryolçusunu həmin qəza yox, yubileyi ilə bağlı video-çarxın təqdimatı maraqlandırırdı.

Bu da hörmətli C.Qurbanovun sərt şəkildə ictimai qınaqla üzləşməsi ilə nəticələnib. Sosial şəbəkələrdə vətəndaşlar məmurun özünə şou yubiley keçirir.

Doğurdan da İ.Əliyev məcburi köçkünlərlə ad günü qeyd etdiyi halda, doğma torpağı olan Kəlbəcərin erməni separatçılarının işğalında qalmasına rəğmən C.Qurbanov yubiley klipi nümayiş etdirir.

Hərçənd ki, millət vəkili və QSC sədri kəlbəcərli seçicilərin, imkansız ailələrin əhatəsində bu yubileyi qeyd edə, onlarla görüşüb şəkil çəkdirə, yoxsul kəlbəcərli ailəsinə baş çəkə bilərdi.

Bu gün Şahbazla Dilqəm öz vətənində girovdur, şəhid və qəhrəman kəlbəcərlilərimiz var, maddi sıxıntılar içində yaşayan köçkünlər var, məsələn, bir müddət əvvəl kəlbəcərli şəhid anasının küçədə dilənməsinin videosu yayılmışdı.

Lakin bunlar bir kənara qoyularaq, ictimai həssaslıq nəzərə alınmayaraq, prezidentin xəbərdarlığı qulaqardı edilərək yubiley klipi göstərilir — qəza günü…

Cahan.info xəbər verir ki, qurumun işçiləri tərəfindən C.Qurbanova edilən bu sürpriz ən azından ictimailəşdirilməyə bilərdi.

C.Qurbanov Kələbəcərin işğalını, iki girovun olmasını, şəhidlərimizi nəzərə alaraq, prezidentin məmurlara etdiyi sərt xəbərdarlığı düşünərək işçilərinə bu video klipi paylaşmamağı tapşıra bilərdi. Amma baş dəmiryolçu nümayişkaranə şəkildə özünü reklam edib, yubileyini göstərib.

Bir müddət əvvəl də feysbukda adına səhifə açılaraq reklam olunurdu, şəninə təriflər yağırdı. Hərgah, QSC ədri olandan bəri dəmiryol sistemində, vaqonların yenilənməsində, sürətli qatarların gətirilməsində heç bir iş görülməyib ki, təriflənsin. Hələ ki Arif Əsgərov dövründən qalan problemlər aktualdır.

Qaynar.info yazmışdı ki, videoda QSC əməkdaşlarının böyük qatar formasında tort hazırlatdırdığı görünür. Sürpriz ad günü məclisinə gələn deputat isə təəccüblənərək hamıya təşəkkür edir.

//qaynarinfo.az/az/cavid-qurbanov-prezidentin-xeberdarliina-mehel-qoymadi-video/+&cd=8&hl=tr&ct=clnk&gl=az

Bura qədər hər şey normaldır. Cavid Qurbanovun 60 yaşı tamam olub və başçılıq etdiyi qurumun əməkdaşları onu bu münasibətlə təbrik etmək üçün belə bir tədbir düzənləyiblər. Amma…

Düz 5 il əvvəl — 2013-cü ildə prezident İlham Əliyev keçirdiyi bir müşavirədə məhz bu məqəma toxunaraq məmurlara təmtəraqlı ad günü, toy mərasimləri keçirməməyi tələb edir və özlərini yığışdırmağı tapşırırdı.

«Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm.

Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin!

Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir.

Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları” deyə prezident həmin çıxışında bildirmişdi.

Amma bəzi məmurlar prezidentin xəbərdarlığına məhəl qoymur ki, bunlardan biri də dövlət səviyyəsinə ən çox etimad göstərilənlərdən biri olan Cavid Qurbanovdur.

Dövlət başçısı öz yubileyini qaçqınların arasında keçirir, cənab deputat isə kabinetdə, qatar formalı tortun və işçilərinin əhatəsində…

Qeyd edək ki, prezident İlham Əliyev sentyabrın 18-də Cavid Qurbanovu «Şöhrət» ordeni ilə təltif edib.

Hörmətli C.Qurbanovun və qurumun açıqlamasını dərc etməyə hazırıq.azerinfo.az

Paylaş