İş adamlarının vergidən yayınması üçün yaradılan şərait, dövlət büdcəsinə soxulun çirkli barmaqlar…
Uzun müddətdir ki, Müstəqil.Az olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lənkəranda yerləşən və ölkənin cənub bölgəsini əhatə edən 6 saylı Ərazi Vergilər İdarəsinin bir qrup əməkdaşları haqda redaksiyamızın elektron poçtuna daxil olan tükürpədici faktlar haqda davamlı olaraq yazılar verir, dəyərli oxucularımızı məlumatlandırırıq.
Dəyərli oxucuların diqqətinə çatdırırıq ki, həmişə olduğu kimi, yenə də redaksiyamıza ünvünlanan şikayət məktublarının ardı kəsilmək bilmir. Həmin mürəciətlərə əsaslanaraq saytımızın əməkdaşlarının apardıqları araşdırma yazılara, zərərçəkmiş şəxslərin, yaxud müəyyən təzyiqlərlə üzləşmiş sahibkarların fikirlərinə geniş yerməklə yanaşı, qarşı tərəfin də fikirlərinə yer ayıracağımıza söz vermişik. Lakin bu vaxta qədər nə Vergilər nazirliyi, nə də nazirliyin ölkənin Cənub bölgəsini əhatə edən 6 saylı ƏVİ tərfənimdən yazılara rəsmi olaraq heç bir münasibət bildirilməyib.
Olsun. Bu böyük bir dövlət qurumunun mətbuata necə açıq olmasından xəbər verir. Bəlkə də bizim araşdırma yazılarımızdan sonra ünvanımıza deyilənlər də doğrudur; yazsınlar da, bizi bu vəzifəyə mətbuat qoymayıb ki, mətbuatın sözü ilə də vəzifədən uzaqlaşdırılaq.
Hər halda deyilənlər doğrudur, biz KİV olaraq heç kəsin işinə müdaxilə etmirik, lakin olunan şikayətləri araşdırıb aidiyyatı orqanların qarşısında məsələni açq müstəvidə təqdim edə bilərik.
Redaksiyamıza ünvanlanan son məlumatlardan isə məlunm olur ki, Müstəqil.Az-ın araşdırması artıq öz bəhrəsini verməldədir. 6 saylı ƏVİ-ndə Nazirlik və digər orqanlar tərəfindən yoxlamalar aparılır, idarənin fəaliyyəti nəzarət götürülüb. Lakin o da bildirilir ki, bütün bunlar idarənin əməkdaşlarının tamahının qarşısını almır və yenə də, atalar demiş, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır”.
Redaksiyamızla əlaqə saxlayan mənbə bildirir ki, idarənin rəhbəri Ədalət Fərəcov və digər səlahiyyət sahibləri daha da qəzəbli görünür, bir nəfərin qisasını bir neçə iş adamından alırlar ki, bu haqda növbəti yazılarımızda ətraflı bəhs edəcəyik.Müstəqil. Az.(teref.info