“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Oka” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə milletinsesi.info-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa sol və sağ hissələrindən 12 ədəd 1 litrlik üzərində “Nemirovskaya” yazısı yazılmış spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş