Deputat Əsabil Qasımov mətbuatda ən çox tənqid olunan deputatlardandır
Əsabil Qasımov depuatat kimi elə də aktiv deyil,seçicilərinin problemləri ilə də maraqlanmır. Deputatdan daha çox biznesmen kimi tanınan Əsabil Qasımov bir sıra qanunsuzluqlarla, vətəndaşların ondan şikayəti ilə gündəmə gəlir. Deputat Əsabil Qasımovun adı gah bu və ya digər məsələlərdə,qalmaqallı hadisələrdə hallanır. Bu məsələlərdən biri haqda da bu yaxınlarda ölkə mətbuatında iş adamı Aslan Əliyevin Əsabil Qasımovdan şikayəti əsasında dərc olunmuşdu və cəmiyyətdə çox böyük rezonans doğurmuşdu.
Xatırladaq ki,həmin öz şikayətində Aslan Əliyev bildirir ki,“Əsabil Qasımov, qardaşı və qaynı onun 2 327 322 manat pulunu yeyiblər və o bu pylların geri qaytarılmasını istəyir.
“Əsabil Qasımovdan aldığım 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər 413870 dollar, yəni 7033579 manat ödəmişəm. Həmin pulun 85 min manatını bank vasitəsilə “Arzu 2014” şirkətinin adı ilə “Karat” Holdinqin adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalan formasını isə taxıl formasında ödəmişəm”.
Bir müddət əvvəl İş adamı Əliyev Aslan Zeynal oğlu bolgexeber.com-a məktub da ünvanlayıb. Məktubda olduqca ilginc məqamlara toxunulub və iş adamı iddia edir ki, Milli Məclisin deputatı Əsabil Qasımov və qohumları (deputatın qardaşı, qaynı) ona milyonlarla ziyan vurublar.
Mətktubda deyilir : “1998-cildə tanışım Şahbazov Nəsif İslam oğlu ilə birlikdə şərikli olaraq Şəmkir rayonu, Dəllər kəndində un dəyirmanı tikmişəm. Dəyirmanı 2010-cu ilə qədər işlətmişik və “Seymur” MMC-nin nəzdində fəaliyyət göstərib. “Seymur” MMC rəsmi 100 faizlik təsisçilik hüququ ilə tanışım Əliyev Etibar Nəbi oğluna məxsus olub. Lakin qeyri-rəsmi qaydada “Seymur” MMC-nin 67% təsisçilik hüququ mənə və Nəsif Şahbazova məxsus olub. 2011-ci ilin noyabr ayında “Seymur” MMC-nin 60% təsisçilik hüququ tanışım Qasımov Vüqar Qarakişi oğluna 2 milyon dollara satdıq. Ancaq Vüqar Qasımov 1,5 milyon dollar verdi”.
A.Əliyev onu da qeyd edib ki, istintaq materiallarında da öz əksini tapıb ki, mənim əməllərimdə heç bir cinayət tərkibi yoxdur, yəni mən onlara nəyisə vəd verib əmlaklarını ələ keçirmək niyyətində olmamışam: “Hər şey əksinı olub və istintaq materiallarında da bu öz əksini tapıb. Belə ki, V.Qasımov bğda təminatına görə aldığı 500000 dolları geri qaytarmadı. 40% təsisçilk hüququ 1 milyon dollar olduğu halda, bu da 1700000 manat edir, bu da 1162392 borcun müqabilində verilmişdi. Kursla hesablasaq, birinci 850 min manat, ikincidən qalan isı 537608 min manat edir. V.Qasımova verdiyim 413870 dollar, yəni 703579 min manat, yem sexi, elevator qülləsi üçün xərclədiyim 155 815 manat, dəyirmanda qalan çuvalalrın pulunu, yəni 50 320 manat, vergiyə ödədiyi 50 000 manatdan Vüqarın öhdəsinə düşən 30 000 manat hesablasaq nə qədər edir? Ümumilikdə 2.327.322 manat. Mən bu pulu ondan tələb edirəm. Mən öz halal pulumu tələb edirəm, əlimdə kifayət qədər faktlar var və bu günə qədər mənim haqlı olduğum ortaya çıxıb”.
Xatırladırıq ki, ittihamlarda adı keçən Ə.Qasımov biznesmen deputatlardandır. O, 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub. 2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.
Yazı dərc olunandan sonra Bolgexeber.com olaraq Milli Məclisin deputatı Əsabil Qasımovun məsələyə münasibətini öyrənmək üçün yenidən cəhd etdik,deputatın köməkçisi Rauf müəllimlə əlaqə saxladıq. Deputatın köməkçisi məsələyə münasibət bildirmək əvəzinə bizə çox qəribə açıqlama verdi:”Siz jurnalsitlər son zamanlar çox aktivləşmisiniz.3-4 aydır sakitçilik idi,deputatlrdan heç nə yazılmırdı,indi təzədən başlamısız”.Yazı ilə bağlı isə Əsabil Qasımovun köməkçisi bildirdi ki, “Əsabil müəllim niyə münasibət bildirməlidir ki?! Yazılanlar yalandır.Qoy orada kimin adı keçirsə onlar da cavablandırsınlar…”. Qeyd edək ki,yazıda məhz deputatın qardaşı, qaynının adı keçir.
Bu günlərdə Bolgexeber.com-a açıqlama verən Aslan Əliyev bildirdi ki, məsələ ilə bağlı artıq cənab prezident İlham Əliyevə müraciət edib.
Aslan Əliyev həmçinin bildirdi ki, bir neçə il əvvəl Əsabil Qasımov özü etiraf etmişdi ki, Aslan Əliyevə dəyən ziyan onluqdur və həmin ziyanı o özü ödəyəcək. Bunu təsdiqləyən,onun öz imzası olan sənəd də var.Lakin sonradan Əsabil Qasımov dediyindən boyun qaçırmışdır və məhkəmə yolu ilə iş adamına həmin məbləği ödətdirmişdir. Aslan Əliyev sonda onu da bildirdi ki, bu yaxınlarda o Əsabil Qasımovu ifşa edən bir çox şok materialları mətbuatda yayacaq.
Bolgexeber.com olaraq Aslan Əliyevin bizə təqdim etdiyi , Əsabil Qasımovun özünün qol çəkdiyi həmin sənədi təqdim edirik.
Bolgexeber.com