Bizim bəhs edəcəyimiz yazının qəhramanları da məhz o insanlardır ki, hər zaman ədalət tərəzilərini vicdanları və həqiqətləri ilə taraz saxlayan Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Eldar Mikayılov və Əhməd Quliyevdir. Hər iki hakim bu gün sahib olduqları mövqeyə çatmaqları üçün həyatın “səxavətlə” bəxş etdiyi ağrı-acıların sınağından üzüağ çıxan şəxlərdir. Respublikada bir çox hakimlər içərisində ədalətləri ilə tanınan hakimlər haqqında söz gedəndə, başlar ağır-ağır tərpənib dərin fikirə dalmamaq mümkün deyil. Çünki haqqında bəhs etdiyimiz insanlar, həll etdikləri insan həyatları ilə bağlı verdikləri hökmlərini öncə mənən özləri yaşayıb, sonra hökm oxuyurlar. Çünki onların hakim ridalarının çiyinlərindəki ağır məsuliyyətin və oxuduqları hökmlərin səhvi bir ailənin hətta bir nəslin taleyini həll etdiyini bilirlər.
Ədaləti həyat rəmzi seçmiş Əhməd Quliyev isə 1959-cu ildə dünyaya gəlib. Birinci ali təhsilini Naxçıvan Dövlət Universitetinin Tarix Fakültəsində alan Əhməd müəllim qazandığı uğurları ilə kifayətlənmir. Yenidən sənədlərini Moskva Dövlət Universitetinin Tarix Fakültəsinə verib 1995-ci ildə tələbə adı qazanır. Oxuduğu illər əzrində Naxçıvan MR-da bir çox yüksək vəzifələrdə, Naxçıvan MR-nın Ədliyyə Nazirinin müavini, Babək rayon Məhkəməsinin Sədri vəzifələrində çalışmışdır. Hətta Babəklilər Əhməd müəllim haqqında bu gün də olduqca yüksək fikirlər söyləyirlər.
2007-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Rerspublikasının hakimi və 2011-ci ildən isə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində irəli çəkilən Əhməd Quliyev hər zaman işinə aşiq bir insan olaraq tanınır.
1956-cı ildə dünyaya gələn Eldar Mikayılov 1982-ci ildə RF Tomsk Dövlət Universitetinin Hüquq Fakültəsini bitirir. Gənc hüquqşünas Krosnayarski vilayətində prokuror əvəzi vəzifə ilə iş kariyerasına başlayır. İşinin vurğunu olan Eldar Mikayılov Qazaxıstan rRespublikasına baş müstəntiq kimi göndərilir. Vətənindən uzaq, qəribçilik yaşayan Eldar müəllim nəhayət vətəninə dönür. Azərbaycanda müxtəlif illərdə prokurorluq orqanlarında çalışan Eldar Mikayılov 2011-ci ildən Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsinə seçilir. Gəncliyini vətənindən uzaqda, doğma ana dilində bir kəlmənin həsrəti ilə yaşayan bu insan, öz vətəninə və millətinə böyük sevgi yaşadıb. Bəlkədə bu gün Eldar Mikayılovun pozulmayan ədalət tərəzisi zamanla xalqımıza qarşı yönələn ədalətsizliyə qisasdan yaranıb. Kim bilir? Sovetlər birliyinin şovinist siyasəti, saxta xalqlar dostluğunun riyakar simasını oxuduğu və yaşadığı Rusiya məmləkətində yetərincə şahidi olmuşdur.
Haqqında bəhs etdiyimiz bu insanlar bəzən çoxlarının belə səhər yuxusundan ayılmadıqları zaman tezdənin alaqaranlığından öz iş otaqlarında insan taleləri ilə dolu qovluqları vərəqləyirlər. Həyatın ağrı-acılarından üzüağ çıxan belə insanların seçdikləri bir amal olur. “Biz insan taleyini həll edirik. Səhvimiz acı, ana, bacı, övlad fəryadı ilə sonlana bilər. Bu fəryad isə bir ömür boyu yaxamızdan asılan vicdan məhkəməsi olar. Bizim səhv etməyə haqqımız yoxdur!”
Belə şəxsiyyətləri yaxından tanıdıqca bir daha əmin oluruq ki, hər kəsin ədaləti, həqiqəti görə bildiyi qədərdir. Biz də ” InfoPlyus.Tv” saytı olaraq haqlarında bəhs etdiyimiz dəyərli insanlara həqiqəti görən və duyan gözlərinə, könüllərinə İlahi nurun daima yanar olmasını diləyirik.
Celal Ələddin oğlu ” InfoPlyus.Tv”