Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 030 həyət evində yaşayan, 011403000031000 Abonent kodlu Rəfiyev Rafiq Mirzə oğlu tərəfindən dia.az-a “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamentinin işçilərinin fəaliyyətilə bağlı şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:
“Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Müşfiqabad qəsəbəsində fərdi evimizdə yaşayıram. Bu ilin may 2018-ci ildə bir abonent olaraq istifadə etdiyim təbii qaz üçün smart karta 10 manat ödəyib sayğaca yüklədim. İyun ayında müşahidə etdim ki, sayğac işləmir. Dərhal da 104 qaz xidmətinə zəng edib məsələni anlatdım. Bir gün sonra aidiyyatı üzrə işçilər gəlib qaz sayğacına baxış keçirdilər. Yay vaxtı olduğu üçün sonuncu dəfə yüklədiyim 10 manatlıq qazın yarısı işlənmişdir. 5 manat isə sayğacda qalmışdır. Qaz işçiləri sayğacda plombun yerində olduğunu və açılmadığını qeyd etdilər. Ona görədə məsələnin dəqiqləşdirilməsi üçün sayğacın laboratoriyaya göndərilməsi qərara alındı. Mən də etiraz etmədim. 8-9 il ildir ki, mən bu sayğacdan istifadə etmişdim. Amma köhnə də olsa bir problem olmamışdır. İyul ayının 26-da 5432343 N-li AKT əsasında yeni sayğac quraşdırıldı.
Nəhayət, sayğacın yoxlanması və nəticəsi barədə “Azəriqaz” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi E.Quliyevin imzasıilə təsdiq olunmuş 17 iyul 2018-ci il tarixli 19/1710-00892-1 N-li Akta əsasən qeyd edilmişdir ki, 1002AQ10100085861 nömrəli, G4 markalı smart-kart sayğacı dövlət yoxlaması nəticəsində yarasız hesab olunur: Rəydə yazılır: “ Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, plasmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plasmas borusu deşilib. Yivli birləşmələri korroziyaya uğrayıb.” Bu rəy əsasında “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satış depertamentinin rəisi Rəsulov Zehin tərəfindən sayğacın çıxış plasmas borusunun deşilməsi, yivli birləşmələri korroziyaya uğraması ilə bağlı 30.08.2018-ci il tarixli, 0177447 N-li Akt təsdiq edilmişdir.
Aktda əsassız olaraq qeyd etdilər ki, mən 3 qaz cihazından istifadə etmişəm və 30.08.2018-ci il tarixli, 0177447 N-li AKTa əsasən itirilmiş təbii qazın dəyərinin hesablanmasına görə 11880 kub m qaz işlətmişəm. Bu akta əsasən onlar mənə əsassız olaraq 2335 AZN cərimə yazıblar. İndi də bu fantastic cəriməni dərhal ödəmədiyimə görə qazın verilməsini dayandırıblar. Hazırda evdə uşaqlar soyuqdan əziyyət çəkirlər.
Xatırladım ki, bu köhnə sayğacdan istifadə edərkən 2016-cı ilədək hər ay ( qışda) 50-55 manat, yay aylarında isə 10 manat qaz pulunu ardıcıl ödəmişəm. 2016-2018-ci ilin mart ayına qədər isə Qaradağ rayonu, “Üçtəpə” adlanan ərzidə şəxsi mal-qaramı otarmaqla məşğul olduğumdan Müşfiqabad qəsəbəsində çox az az yaşamışam və uyğun qaz ödənişi həyata keçirmişəm. Son ödəmə zamanı da sayğac dayandığından 5 manat yüklədiyim pul sayğacda qalmışdır. Axı mənə belə olan halda necə 2335 manat cərimə yazıla bilər.? Bu özbaşnalığın bir şərhi olmalıdır. Özlərinin də qeyd etdiyi kimi minimal qaz sərfiyyatı zamanı sayğac yazmayıbsa bu mənim günahım deyil ki, Təbii ki, yay vaxtı mən adi bir qaz sobasının bir gözündən istifadə etmişəm. Və son tarixə kimi, yəni evdə yaşadığım mart-may aylarında smart kartla ödədiyim və işlətdiyim qazın adi bir ailə üçün normada olduğu halda mən niyə görə sayğaca müdaxilə etməliyəm? Rəydən əvvəl qaz işçiləri də sayğaca baxış keçirən zaman özləri də qeyd etmişlər ki, plombu zədələnməyib və sayğac açılmayıb. Eyni zamanda Qaz sayğacları üzrə texniki şöbə rəisinin təsdiq etdiyi aktda da qeyd edilir ki, sayğaca kamera vasitəsilə baxış keçirilən zaman “yıvli birləşmələr korroziyaya uğraması təsdiq edilib. Yəni, sayğacın köhnəliyi və istismar müddətinin bitdiyi açıq-aydın görünür. Və rəsmi rəydən də göründüyü kimi əgər sayğac ümumiyyətlə texniki olaraq açılmayıbsa o zaman necə ola bilər ki, mən açılmamış sayğaca müdaxilə edim? Mən bir çoban ola ola sayğac praktiki olaraq açılmayıbsa və plombu qırılmayıbsa mən necə və hansı halda bu cihaza müdaxilə etmək olar? Axı mən foks bilmirəm. Azəriqaz İB-yi işçilərinin bu hoqqabazlığı tək mənim deyil minlərlə digər şəxslərin başına qəsdən gətirilir. Və onlara əsassız olaraq yüksək məbləğdə cərimələr yazılır. Bu yığılan cərimələrin sonrakı aqibətləri isə heç kimə bəlli deyildir.
Mən “Azəriqaz” İb-nin Bakı Regional Qaz Satış Depertamentinin Abşeron rayonu üzrə mühəndis işçilərinin belə özbaşnalığından, vəzifə saxtakarlığından, vəzifə səlahiyyətlərini aşmasından, əsassız varlanmaq üçün qulluq mövqelərindən süi-istifadə etmələrindən şikayətçiyəm. Hesabedirəmki, pulhərisiolanbuadamlarbizvətəndaşlarınindikiağıriqtisadivəziyyətindənistifadə edərək ölkədə dövlətə qarşı narazılıqvə xaosyaratmaq üçünbelə təxribatlarlaməqsədli şəkildə məşğulolurlarvə dəlduzdəstəninsonikiildə ayrı-ayrı yerlərdə göstərdikləriqanunsuzfəaliyyətləriciddiaraşdırlıaraq özhüquqiqiymətinialmalıdırki, bizkasıbinsanlardövlətdənnarazı qalmayaq, əksinə özümüzü hüquqidövlətinvətəndaşları hissedək.
Cənab Prezident! Ölkəmizin indiki ağır müharibə şəraitində olduğunu və biz kasıb insanların dolanacağının ağırlığını nəzərə alaraq süni surətdə başımıza oyun açan “Azəriqaz” İB-nin Bakı RQSD-nin məsuliyyətsiz işçilərinin qeyd etdiyim sabotaj fəaliyyətlərinin araşdılıması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildiriəm”.