Hesablama Palatası Şəmkir rayon Səhiyyə İdarəsində yoxlama aparır. İcra başçısı Alimpaşa Məmmədovun göstərişi ilə bu yoxlamanın “yola salınması” üçün vəzifəsindən asılı olmayaraq hər bir səhiyyə işçisindən 100 manatdan pul yığılır.
Şəmkir Səhiyyə Şöbəsinin 2500 işçisi olduğunu nəzərə alsaq, yığılan pulun məbləği 250 min manat civarındadır. Bəs görəsən Hesablama Palatasının aşkar etdiyi, talanann dövlət vəsaiti nə qədərdir ki, onu ört-basdır etmək üçün bu qədər rüşvət tələb olunur? Görəsən ölkədə dövlət orqanlarının maliyyə təsərrüfat fəaliyyətinin şəffaflığına nəzarət etməli olan bir orqanın xəstəxanaların 150-200 manat əmək haqqı alan sanitar işçisinin əmək haqqısına göz dikməsindən bu orqanın rəhbəri Vüqar Gülməmmədovun xəbəri varmı?
Yada salaq ki, Hesablama Palatası 2017-ci ildə Şəmkir Rayon Təhsil Şöbəsində araşdırma aparmışdı. O zaman Hesablama Palatasının kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alması haqda xəbər yaymışdı. O dövrdə Şəmkir Təhsil Şöbəsindəki real durumdan xəbərdar olanlar əl yelləyir, Hesablama Palatasının kollegiyasının qırarının yol verilən böyük yeyintilərin ört-basdır edilməsinə xidmət etdiyini deyirdilər.
Criminal.Az

Paylaş