General Arzu Rəhimovdan şikayət böyüyür. Qarabağ və Əfqanıstan veteranı,1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdin qarşısını alanlardan biri, polkovnik Fəttahov Ağaverdi bu dəfə general Arzu Rəhimovla bağlı şikayətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladı.
Xəbəral.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin polkovniki A.Fəttahov xidməti vəzifəsini yerinə yetirən zaman general tərəfindən haqsızlığa məruz qalaraq vaxtından əvvəl təqaüdə çıxarılıb. Generala fikrini çatdıra bilməyən polkovnik Fəttahov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə video müraciət edib. Eyni zamanda Birinci vitse prezident Mehriban xanım Əliyevaya da Arzu Rəhimovun fəaliyyətindəki özbaşınalıqlar barədə məlumat verib. O, bildirib ki, 2012-ci ildə Cənab Prezidentin Fərmanına əsasən Hərbi Komisarlıq Müdafiə Nazirliyindən ayrılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti yaradıldı. Həmin ildən etibarən də oraya rəhbərlik general mayor Arzu Rəhimova həvalə edilib. Biz Vətənimizi, xalqımızı sevən bir vətəndaş kimi bu təyinata sevinsək də, sonda hər şeyin tamamilə başqa məcrada idarə olunduğunun şahidi olduq. İlk dəfə keçirdiyi müşavirədə sanki məhbuslarla danışırmış kimi hərəkətləri ilə bütün müsbət fikirlərimizi alt-üst etdi. Şöbə şöbə gəzərək 400-500 vətəndaşı vəzifəsindən azad etməklə yetinməyən general peşəkar kadrlara əl atdı. 2015-ci ildən bu məsələni qaldırmağıma baxmayaraq heç kəs mənim şikayətimlə maraqlanmadı. Hörmətli Mehriban xanım, Sizdən demokratik ölkənin vətəndaşı kimi xahiş edirəm ki, sözügedən generalla bağlı müraciətimə cavab verəsiniz. Onun bu ölkəyə nə qədər ziyan vurduğunun şəxsən şahidi olacaqsınız. Bu qədər peşəkar kadrları, zabitləri təqaüd adı ilə əvvəlcə sərəncama göndərib sonra onları ehtiyata buraxmaq hansı məmura yaraşır?! Həmin dövrün statistikasına baxanda buna agah olmamaq mümkün deyildir. Sizdən çox xahiş edirəm ki, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Qeyd edək ki, Arzu Rəhimov haqqında zaman-zaman mətbuatda yazılsa da, generalın adamları bütün yollardan istifadə edərək onun qarşısını almağa müvəffəq olublar. Odur ki, son ümüdüm sizədir. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimov həmin tarixdə SHXÇDX-nin 20-dək idarə rəisi vəzifəsindən azad edib.

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Paylaş