Ölkənin elektron və sosial mediasını “Ambassador” otelinin sahibinin oğlu haqda xəbərlərlər silkələməkdədir

Cahan.info xəbər verir ki, otel yiyəsinin oğlu həmin məkanda azyaşlı uşağı zorlamaqda ittiham olunub.

Bu sensasion məlumatı tanınmış jurnalist Əli Əhmədov açıqlayıb. Onun sözlərinə görə, zərərçəkmiş tanıdığı ailənin övladıdır. Bu hadisənin təfsilatını açıqlamadan öncə bildirək ki, otelin mərhum müdafiə sənayesi naziri Yavər Camalovun olduğu bildirilir.

Ə.Əhmədov güman edir ki, “Ambassador” sabiq nazirin yaxınları tərəfindən idarə olunur. Amma otelin konkret müdirinin kim olduğu bilinmir
Jurnalist Asif Mərzili isə qeyd edib ki, həmin oteldə oxşar hadisə ötən il də baş verib. Müxtəlif saytlar yazıb ki, Mədəniyyət və Turizm Nazirliyinin lisenziya verdiyi «Ambassador» oteldə iyrənc işlər cərəyan edir.

Bəzi hallarda bura azyaşlı qızlar gətirilir. Çox güman ki, həmin qızlar oteldə cinsi istismara məruz qalır.

“Ambassador” otelin kimə məxsus olmasına gəlincə mənbə bildirdi ki, bura yüksək vəzifəli şəxslərdən biri tərəfindən müdafiə olunur: «Deyilənə görə, otel yüksək rütbəli məmurlardan birinə məxsusdur.

Vaxtilə belə bir məqalə də dərc olunub. Vəkil Vaqif Əhmədov: «Hörmətli Zakir müəllim! Hüquqlarını müdafiə etdiyim azyaşlı Aidə Həsənli (ad şərtidir) Azərbaycan İdman Akademiyasının tələbəsi Fərid Cəfərli tərəfindən gecə saatlarında «Ambasador» Otelinə aparılıb və orada təcavüzə məruz qalıb, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında yekunlaşdırılmır.

“Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işlədiyindən istintaq görünməmiş süründürməçiliklə məşğuldur…»

Fərid Cəfərli əvvəlcədən düşünülmüş şəkildə çirkin niyyətini həyata keçirərək həmin kafedən qızı yardım etmək adı altında şəxsi avtomobilinə mindirərək evlərinə aparmış və orada qıza qarşı cinsi zorakılıq etmişdir.

Eyni zamanda öz mənzillərində təxminən bir neçə saat saxlamış və onunla yenə də qeyri-insani hərəkətlər edərək, ağır cinayət törətmişdir.

Hadisədən bir neçə saat sonra qız yuxudan ayılarkən başqa bir ünvanda özünü tam çılpaq vəziyyətdə və Cəfərli Fərid tərəfindən ona qarşı cinsi zorakılıq törədildiyini görmüşdür. Aidə qışqıraraq kömək istəsə də, Cəfərli Fərid tərəfındən ona qarşı təzyiq və ölüm hədələri edilmişdir.

«Bu hadisə barədə bir kəsə məlumat versən, əlimdə olan çılpaq video görüntülərini universitetdə və yaşadığın ərazidə yayaraq səni rüsvay edəcəyəm, kiçik qardaşını öldürəcəyik» deyə qıza hədə-qorxu gəlmişdir. Hazırkı vəziyyətindən qorxan və qardaşını ölüm təhlükəsindən qorumaq məqsədi ilə bu hadisəni heç kimə söyləməyəcəyinə söz verən Aidə həmin gün Cəfərli Fəridin əlindən qurtarmağa nail olmuşdur.

O, qorxu içində bu dəhşətli hadisədən sonra evdə dəfələrlə intihara cəhd etsə də, anası və tibb işçilərinin səyi nəticəsində hadisənin qarşısı alınmışdır.

http://azadliq.news/index.php/34175?fbclid=IwAR2Y9zmBk9odxB2I3VlgnedFUKuOZ64XHAmznPnvTMaIonmMUBzSTV3qpv0

Son hadisəyə gəlincə, jurnalist Ə.Əhmədov yazıb: “Atasının puluna arxayın olan, harınlamış, arvad-uşağı olan bir biqeyrət, azyaşlı uşağı aldadıb aparıb öz atasının otelinə (“Ambassador” otelidir) namusuna təcavüz edib. Hələ bu “qəhrəmanlığını” telefona da çəkib. İşin üstü açılan kimi də telefonunu satıb ki, izi itirsin”.

Jurnalist bildirib ki, tibbi ekspertiza məsələnin üstün ört-basdır etməyə çalışıb: “Deyib ki, “heç nə olmayıb”. Yəni bu faktın olduğunu inkar edir.

Valideynləri şübhələnib uşağı başqa yerlərdə yoxlatdırandan sonra aydın olub ki, ekspertiza düz demir – uşağa təcüvüz edilib.

İndi bu əclafın cəzalandırılması bir yana, ailə hələ hadisənin olması faktına düzgün qiymət verilməsnini hayında qalıb. Məhkəmə də götürüb “qəhrəmana” ev dustaqlığı verib.

Evdə oturub çay içə içə televizora baxmağı “dustaqlıq” sayıb məhkəmə. Zərərçəkən tanıdığım ailədir, hadisəni eşidəndə qulaqlarıma inanmadım.

Ekspertiza və məhkəmənin qərarından sonra isə ümumiyyətlə dəhşətə gəldim.

Hələ davamı da var – zərərçəkən tərəf məhkəmənin qərarından apellyasiya verib, 5-ci gün axşam. Apellyasiya prosesi 10 gün ərzində keçirilməlidir.

Amma görün, nə baş verib, 6-cü gün (iş günü deyil), müstəntiq zəng edib ki, bəs 1-ci gün məhkəmədir, saat 10-da gəlin. Yəni ki, əlavə dəlil-sübut tapmamış tez işi bağlayaq. Adam indi başa düşür ki, bu əclaf nəyə arxayın olub belə hərəkətlər edirmiş.

Bu cinayəti gizlətmək, cinayətkara güzəşt edib, nəyinsə müqabilində cəzasını yüngülləşdirmək və cəzadan qorumaq istəyənlər mənim gözümdə elə cinayətkarın özü qədər əclafdırlar…”

Paylaş