Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyinin sektor müdiri İlqar Eyyubov haqda iddialar səslənməkdədir
Cahan.info-nun məlumatına görə, İ.Eyyubov iş adamlarına zülm etməkdədir və ondan nazirə ciddi şikayətlər gedir.
Bu barədə elchi.az yazıb. Sayt yazır ki, sektor müdiri sahibkarlardan pul tələb edir, əks təqdirdə yüksək məbləğdə cərimələr yazılır. Belə çıxır ki, İ.Eyyubov nazirliyin Çovdarovu kimi davranır.
İ.Eyyubov vaxtilə “RRBN” MMC-nin baş direktoru vəzifəsində çalışıb. At, eşşək və qatırların yetişdirilməsi ilə məşğul olan firma direktoru indi nazirliyin Dövlət Əmək Müfəttişliyi sektor müdiridir.
S.Bbaayevin ona etimad göstərməsinin səbəbi də əvvəldən bu sahədə bacarıqlı olması, sahibkarlardan pulu necə qoparmaq lazım olduğunun yollarını bilməsidir. Digər məlumata görə, İlqar Eyyubov bu vəzifəyə müqavilə əsasında götürülüb.
Halbuki bir müddət bundan əvvəlDİM tərəfindən ƏƏSMN-nin vakant yerlərinə işə qəbul olsa da, nazirlik tərəfindən hələ də müqavilə əsasında işə götürülən adamlarla işləməyə üstünlük verilir.
Saytlarda gedən iddialara görə, nazirlik Sahil Babayev, Nazir müavini İlqar Rəhimovun və nazirin müşaviri Vüsal Nəsirlinin adamlarının vəzifə bazarına çevrilib.
Bu şəxslər müxtəlif sahələrdə uğur qazana bilməyən, pensiyada olan, nazirliyin fəaliyyəti haqqında anlayışı olmayan adamlarını yuxarı vəzifələrə yerləşdirmək yarışındadırlar. Savadlı və təcrübəli kadrlar sürətlə nazirlik sistemindən gedir.
Bir çox kadrlar isə şantaj yolu ilə öz vəzifəsində saxlanılır. Həm Dövlət Sosial Müdafiə Fondunun, həm Dövlət Məşğulluq Xidmətinin, həm Dövlət Əmək Müfəttişliyi Xidmətinin həm də, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti iflic olub. Xalq arasında belə bir misal var: “Atın qabağına ət, itin qabağına ot qoymaq”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev indi bu prinsiplə işləyir. At və eşşəkdən söz açmışkən, bunun əyani sübutu var. Misal üçün Nazir Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sektor müdiri təyin edib.
İlqar Eyyubov adlı bu şəxs daha əvvəllər “RRBN” MMC adlı sahibkarlıq subyektinə rəhbərlik edib. İndi bu hadisə nazirlik əməkdaşları arasında məsxərəyə çevrilib. İlxıçılıqla məşğul olan İlqar Eyyubovun hansı kriteryalarına görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə təyinat alması hər kəs üçün olduqca maraqlıdır.
Nazir Sahil Babayev hesab edir ki, xalq onun dediklərinə inanır. Lakin hər kəsə məlumdur ki, o özündən başqa heç kimi öz yalanlarına inandıra bilmir. Ona görə ki, apardığı kadr islahatları onun gələcək fəaliyyətinin güzgüsüdür.
Fuad Musayevin, Samir Vəliyevin, Heybət İmanovun, İlqar Eyyubovun, Elman Cəfərovun və digərlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrə təyinat alması, görəsən, hansı zərurətdən irəli gəlir.
Sahil Babayevin “DOST” mərkəzləri sadəcə gözdən pərdə asmağa hesablanıb. Bu gün vətəndaşlar işsizdir və məcburiyyətdən bütün yollara əl atır ki, ailəsinin keçimini təmin etsin.
Bu da vətəndaşları məcburi qayda da, saxta əlillik, sosial yardım və sair dövlət dəstəyi almağa məcbur edir. Sahil Babayev bu məcburiyyəti başa düşmür. Anlamır ki, vətəndaşa at-eşşək sırımaqla onların sosial təminatı mümkün olmur.
Nazirlik tərəfindən vətəndaşlara at və eşşək verilməsi bir neçə dəfə tətbiq edilməyə çalışılıb. Hətta pilot layihə kimi bir neçə rayonda bu tədbirlər həyata keçirilib. Lakin effektiv layihə olmadığı üçün bu proqramın icrasına başlanmayıb.