ATU- nun Tədris Terapevtik klinikasinin Ürək damar mərkəzinin tibb bacisi Xəlilova Nərgiz, adı çəkilən şöbənin müdri Elnur İmanov barəsində ilginc mlumatlar açıqlayıb.
GUNinfo.az şikayətçiyə istinadən bildirir ki, Elnur İmanov şöbədə əməliyyatlar zamanı xoşagəlməz ifadələr işlədərək, tibb bacılarına qarşı qeyri etik hərəkətlər etməkdən çəkinmir. Həmiçinin o dəfələrlə Nərgiz Xəlilovaya zəng edərək əxlaqsız ifadələr təklif etmişdir.
Şikayətçi Nərgiz Xəlilova yazır:
“Elnur İmanovun mənə etdiyi təhqirlərdən sonra, həmin klinikanin Direktoru Samir Allahverdiyevə müraciət etdim. Samir Allahverdiyev isə bunun cavabinda mənə “sən şantajçısan. O, Elnur İmanovu işarə edərək dedi ki, sən hacıya şər atırsan O, belə sözlər işlətməz. Sən məni də şantaj edərsən deyərək məni böhtançıadlandıraraq aşağıladı. Bununla da kifayətlənməyib, mənim işlədiyim digər şöbələrin müdürlərinə Nərgiz şantajçıdır, ondan ehtiyatlı olun dedi.
Derektor və həkim birləşib işlədiyim yerdə mənim haqqımda mənfi rəylər yaradaraq, məni insanların yanında alçaldılar, Mənim haqqımda işlədilən o təhqirlərə görə adı çəkilən adamlar qanun qarşısında cavab verməlidirlər. Burdan Mehriban Xanıma DİN naziri Vilayət Eyvazova Respublika Prakroru Zakir Qaralova müracət edirəm Azərbaycan Anasına edilən təhqirlərə göz yummayaq. Sizlərə güvənirəm!- inanıram ki, bu adı çəkilən adamlar sərt şəkildə cəzalandırılacaq.
Həmçinin sizə yazıb bildirmək istəyirəm ki, Elnur İmanov Heydər Əliyev fondunun sığortalı xəstələrindən 2-3 min manat məbləğində pul aldığı və Azərbaycan Dövlətinin qanunlarını heçə sayaraq qeydiyyatsız qəbzlərlə vergidən yayındığı barədə rəsmi qrumlara faktlar təqdim etmişdim. Eləcədə Samir Allahverdiyev barəsində klinikada qeydiyyatsız işçiər işlətdiyi haqqında əsaslı faktlar təqdim etmişdim. Bir daha Cənab Prezidentimizdən, Mehriban xanımdan, Vilayət Eyvazovdan, Zakir Qaralovdan, Əli Nağıyevdən xahiş edirəm ki, Samir Allahverdiyev və Elnur İmanovun qanuna söykənməyən əməlləri və talançılığı ciddi şəkildə nəzəarətə götrülüb hüquqi qiymət verilsin!
Redaksiyadan: İnanırıq ki, Nərgiz Xəlilovanın müraciətinə hörmətli dövlət adamları tərəfindən ədalətli şəkildə baxılacaq…!