ATU- nun Tədris Terapevtik klinikasının Ürək-damar mərkəzinin tibb bacisi Xəlilova Nərgiz, adı çəkilən şöbənin müdri Elnur İmanov barəsində ilginc mlumatlar açıqlayıb. GUNinfo.az şikayətçiyə istinadən bildirir ki, Elnur İmanov şöbədə əməliyyatlar zamanı xoşagəlməz ifadələr işlədərək, tibb bacılarına qarşı qeyri-etik hərəkətlər etməkdən çəkinmir. Korrupsiya.az bildirir ki, bu yerdə şikayətçi olduqca ağır ittihamlar səsələndirib və redaksiya olaraq həmin ittihamları işıqlandırmırıq.

Yalnız şikayətçi Nərgiz Xəlilovanın sonda qeyd etdiklərini diqqətinizə çatdırırıq:

“Həmçinin sizə yazıb bildirmək istəyirəm ki, Elnur İmanovun Heydər Əliyev Fondunun sığortalı xəstələrindən 2-3 min manat məbləğində pul aldığı və Azərbaycan Dövlətinin qanunlarını heçə sayaraq qeydiyyatsız qəbzlərlə vergidən yayındığı barədə rəsmi qrumlara faktlar təqdim etmişdim. Eləcə də həmin klinikanin direktoru Samir Allahverdiyev barəsində – klinikada qeydiyyatsız işçiər işlətdiyi haqqında əsaslı faktlar təqdim etmişdim. Bir daha Cənab Prezidentimizdən, Mehriban xanımdan, Vilayət Eyvazovdan, Zakir Qaralovdan, Əli Nağıyevdən xahiş edirəm ki, Samir Allahverdiyev və Elnur İmanovun qanuna söykənməyən əməlləri və talançılığı ciddi şəkildə nəzəarətə götrülüb hüquqi qiymət verilsin!”

Paylaş